BMT Azərbaycandakı biznes qurumlarına təlim keçdi

Cəmiyyət 18:03 15.03.2018
Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınan Qlobal Məqsədlər özəl sektorun fəaliyyətini dünya miqyasında dəyişmək imkanına malikdir.  Bu məqsədlərə nail olunarsa, bu özü özlüyündə ildə 12 trilyon ABŞ dolları məbləğində  biznes fəaliyyətinin həyata keçirilməsi,  ərzaq və kənd təsərrüfatı, şəhər içi və şəhərlər arası hərəkəti təmin edən xidmətlər sektoru, enerji və neft-kimya məhsulları sənayesi, səhiyyə və sosial rifahın yaxşılaşdırılması sahəsində göstərilən xidmətlərdən ibarət olan dörd əsas sənaye sektorunda 380 milyondan artıq yeni  iş yerinin açılması deməkdir. Bu məsələ Azərbaycanda BMTİP və Amerika Ticarət Palatası (AmCham) tərəfindən birgə təşkil olunmuş təlim seminarında vurğulanan əsas məsələlərdən biri olmuşdur. Ölkənin işgüzar dairələrinin 20-dən artıq nümayəndəsini bir araya gətirən proqramın məqsədi Azərbaycanda fəaliyyət göstərən şirkətlərə Dayanıqlı İnkişaf Məqsədlərini öz biznes portfellərinə daxil etməkdə kömək etməkdən ibarət idi.
 
Özəl sektoru yoxsulluğun azaldılması və inkişaf proseslərində təkanverici qüvvə kimi görən və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində tərəfdaşlığın əhəmiyyətini xüsusilə vurğulayan BMT-nin İnkişaf Proqramı özəl sektorun bu sahədə uğur qazanacağını danılmaz fakt hesab edir. Bu uğurun arxasında isə ilk növbədə özəl sektorun əvəzedilməz innovasiya və yaradıcılıq potensialı, texnoloji təcrübəsi və investisiya qoymaq qabiliyyəti durur. Ölkələr 2030-cu ilə qədər olan Yeni Dayanıqlı İnkişaf Gündəliyinə uyğun olaraq növbəti 12 il ərzində milli inkişaf planlarını təqdim etməklə irəliyə doğru addımladıqlarından, dünyanın bir çox ölkələri bu prosesdə iştirak etməyə böyük maraq göstərir. Tədqiqatlar göstərir ki, dünya miqyasında müəssisələrin 92 faizi Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlıdır və bu sahə üzrə tədbirlər görməyi planlaşdıran şirkətlər sorğu aparılmış müəssisələrin 71 faizini təşkil edirlər. Bununla belə, çox vaxt onlar Dayanıqlı İnkişaf Məqsədlərini gəlir gətirə biləcək biznes imkanına çevirməyin və bu məqsədləri şirkətin strategiyasında tətbiq etməyin yolunu dəqiq şəkildə bilmirlər, baxmayaraq ki, buna dünya şirkətləri tərəfindən böyük tələbat müşahidə olunmaqdadır. 
 
Məhz bu tələbata cavab olaraq Azərbaycanın biznes qurumlarına təlim kursu təklif etmək üçün Bakıda səfərdə olan BMT-nin İnkişaf Proqramı nəzdində fəaliyyət göstərən İnkişafda olan Özəl Sektor üzrə İstanbul Beynəlxalq Mərkəzinin Direktoru Markos Neto  müəssisələrin öz mənfəətlərini yaxşılaşdırmaqla yanaşı gender bərabərliyinin təmin olunması, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə kimi ictimai yüklü məsələlərə də müsbət təsir etməyin yollarından danışmışdır. O, həmçinin özəl sektorun öz xərclərini xeyli dərəcədə azaltması üçün  çoxlu sayda imkanlar əldə edə biləcəyi 60 Qlobal Məqsəd sahəsini qeyd etmişdir. Bu qaynar mövzular arasında dəyər zəncirlərində ərzaq sərfiyyatının azaldılması, kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan suvarma sistemlərinin tətbiq edilməsi, enerji səmərəliyinin və ekoloji baxımdan təhlükəsiz neft-kimya məhsullarının inkişafı, sərfəli qiymətə mənzil şəraitinin mövcud olması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi kimi mövzular yer alır və bu yalnız onlardan bir neçəsidir. Qeyd olunan bu sahələr həmçinin qlobal iqtisadiyyatın indiki həcmindən iki dəfədən artıq sürətlə boyüyə biləcək bir potensialı özündə daşıyırlar.  
 
BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsakzai qeyd etmişdir ki, ölkə dayanıqlı inkişaf gündəliyinə doğru böyük irəliləyişə nail olmuşdur. O BMT-nin Hökumətin, özəl sektorun və vətəndaş cəmiyyətinin ölkənin karbohidrogen asılılığının azaldılması, gender yanaşmalarının kompleks şəkildə dəstəklənməsi, və milli inkişaf planlarına uyğun olaraq inklüziv sosial-iqtisadi inkişafın və ekoloji-yönümlü artımın təşviq edilməsi sahəsində göstərdikləri birgə səylərinə dəstək verməyə hazır olduğunu qeyd etmişdir.  
 
Azərbaycanda Amerika Ticarət Palatasının İcraçı Direktoru Natavan Məmmədova Dayanıqlı İnkişaf Məqsədlərinə daha sürətlə  nail olmaq istiqamətində özəl sektorun rolu barədə danışaraq, Azərbaycanda kiçik və orta müəssisələr üçün güclü bir bazarın qurulmasının və onların dayanıqlı inkişaf konsepsiyasına uyğunlaşdırılmasının vacibliyini  vurğulamışdır. O həmçinin bildirmişdir ki, dünya miqyasında yeni iş yerlərinin 90 faizinin kiçik və orta müəssisələr tərəfindən açıldığı faktı da məhz bu seqmentin inkişaf proseslərində nə dərəcədə zəruri olduğunun baris nümunəsidir. 
 
Özəl sektor üçün hazırlanmış təlim kursu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. 
 
Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanda əlaqə saxlaya bilərsiniz - [email protected] 
 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı