Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva 6-cı Qlobal Bakı Forumu ilə əlaqədar Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali ilə görüşüb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti G.Əfəndiyeva Astanaya səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə keçirdikləri son görüşü məmnuniyyətlə xatırlayaraq iki qardaş qurumun birgə əməkdaşlığının əhəmiyyətindən danışmışdır. Eyni zamanda, G.Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olumasıyla əlaqədar D.Kıdıralini təbrik edmiş və gələcək fəaliyyətində uğurlar arzulayıb.
D.Kıdırali öz növbəsində həm Beynəlxlaq Türk Akademiyasının, həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ortaq fəaliyyətinin bu qədim mirasın araşdırılması və dünyada tanıdılmasında böyük tövhə verəcəyini qeyd etmiş, Fond ilə uğurlu əməkdaşlığa dair inamını bildirib.
.
Görüş zamanı əməkdaşlıq çərçivəsində Türk dünyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilmiş, ətraflı fikir mübadiləsi aparılıb.