"Bu məhsullar vergidən azad edilsin" - Millət vəkili | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


"Bu məhsullar vergidən azad edilsin" - Millət vəkili

Cəmiyyət A- A A+
Ölkəyə gətirilən hazır çap məhsulları, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi dövlət büdcəsinə böyük əskiklik gətirməyəcək.
 
Bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
 
Ə.Amaşov bildirib ki, bu sahəyə tətbiq edilən vergi maliyyə baxımdan çox cüzi olan bir rəqəm olsa da, mənəvi baxımdan böyük məsələdir:
 
“Ölkəyə gətirilən hazır çap məhsullarına qoyulan vergi dövlət büdcəsinə yarım milyona qədər vəsait gətirir. Bu rəqəm medianın iqtisadi durumuna əhəmiyyətli dərəcədə təsir edir. Medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Media tək ictimai deyil, strateji missiya da yerinə yetirir. Əgər bu məhsulları əlavə dəyər vergisindən azad etsək, ölkəyə çoxlu kitab, jurnal gətiriləcək. İnsanlar maariflənəcək, bunun nəyi pisdir?”
 
Millət vəkili bildirib ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi bu məsələdə hüquqi bazanın da mövcud olduğunu göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...