Bakıda pilot layihələr çərçivəsində yüzlərlə ailə yeni evlərlə təmin olunana qədər kirayə evlərdə yaşamalı olurlar. Bu isə kirayə bazarını canlandırıb. Artıq bəzi əmlak şirkətləri ilin əvvəlindən bu yana kirayə qiymətlərində 3-10 faiz arasında bahalaşmanın olduğunu bildirirlər. Ekspertlər bildirir ki bahalaşma olsa da bu müvəqqəti xarakter daşıyır.
Rəşad Həsənovun sözlərinə görə, qiymətlərin bahalaşması bir müddət sonra sabitləşmə ilə müşahidə olunacaq. Ancaq sentyabr ayından yenidən kirayə qiymətləri arta bilər.
Onu da qeyd edək ki, pilot layihə dövlətin dəstəyi ilə paytaxtın bir sıra rayonlarında həyata keçirilir. Bunda məqsəd istismar müddətini başa vuran binaların yeniləri ilə əvəzlənməsi və insanların daha müasir və yeni binalarla təmin edilməsidir. Eyni zamanda pilot layihə paytaxtın arxitektur quruluşunun müasirləşməsinə də xidmət edir. /xezerxeber.az