100 il sonra Azərbaycan üçün meydana çıxan BÖYÜK TƏHLÜKƏ ARAŞDIRMA

Cəmiyyət 13:06 23.03.2018

Şamaxı rayonu ərazisində yanvarın 16-da püskürən Quşçu vulkanı bu gün də ərazi və ətrafda yaşayanlar üçün təhlükə mənbəyidir.

Belə ki, vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə, nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsinə görə, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.

Sadalanan bu maddələrin artıqlığı insan bədənində hansı problemlərə səbəb olur?

İrsiyyətə öldürücü təsir

Mobilden - böyrəklərdə və qida məhsullarında artıq miqdarda anemiyanın, padaqranın, endemik zobun (eyni zamanda yod çatışmadıqda) oynaqların xəstəliklərinin yaranmasında, bağırsağın işinin pozulmasına səbəb olur.

Stronsium - orqanizmə izafi miqdarda stronsium daxil olduqda “stronsium raxiti” və ya “yrovsk xəstəliyi” yaranır. Stromsium-90 ilə şüalanmanın təsirindən canlı maddədə dəyişmələr baş verir: hüceyrələrin strukturu və funksiyası pozulur ki, bu da maddələr mübadiləsinin əsaslı şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa şüalanma DNT-yə də təsir edir ki, bu da bir qayda olaraq irsiyyətə öldürücü təsir göstərir.

Bor - Bor artıqlığı olduqda bitkilərin boyu kiçik olur. İndikator bitkilər borun torpaqdakı miqdarına müxtəlif reaksiya verir. Məsələn, bor torpaqda yüksək miqdarda olduqda izen və şoran otda nəhəng bitkilər əmələ gəlir. Bor bəzi fermentlərə, həmçinin hormonlara zəiflədici təsir edir. Hər gün az dozada borat turşusu uzun müddət orqanizmə qəbul edildikdə çəkinin kəskin azalması baş verir.

Palçıqla atılan maddə ətraf aləm üçün zərərlidir

Vulkan ərazisində tədqiqat aparan Coğrafiya İnstitutunun əməkdaşı Elxan Məmmədbəyov bildirib ki, Quşçu vulkanı təkcə ətrafa yaydığı kimyəvi maddələrə görə zərərli deyil. Vulkan ərazidəki sürüşmə ocaqlarını da sakinlər üçün təhlükəli edir:

“Vulkan püskürəndən bir neçə gün sonra ərazidə sürüşmə aktivləşdi. Dağlıq ərazilərdə palçıq vulkanlarının güclü püskürməsi zamanı sürüşmə ocaqlarında aktivlik yaranır və sürüşmə prosesi sürətlənir. Quşçu palçıq vulkanı ərazisindəki kənddə də eyni vəziyyət müşahidə edilir. Vulkan Oructəpə deyilən dağın ətəyindədir. Vulkan və sürşümə sahələri kəndin yaxınlığındadır. Yanvarın 16-da baş verən püskürmə gurultu ilə müşahidə edilib, nəticədə güclü silkələnmə yaranmışdı. Bu da sürüşmə sahələrinə təsir edən amillərdən biridir. Silkələnmə ilə yanaşı ərazidə güclü qar yağması da sürüşməyə təsir edir. Adətən, qar suları yerə yaxşı süzüldüyünə görə sürüşmə aktivləşir”.

Mütəxəssis deyir ki, ümumi müşahidələrə görə 10-15 ildən bir vulkan sahələrində püskürmə halları təkrarlana bilir.

“Elmi tədqiqatların nəticəsinə görə, Azərbaycan seysmik aktiv zonadır. Seysmik aktivlik qeydə alınan kimi palçıq vulkanlarında da aktivləşmə müşahidə edilir. Quşçu vulkanı ilk dəfə 1913-cü ildə, sonuncu dəfə bu ilin yanvarında püskürüb. Ondan əvvəl isə 2008-ci ildə püskürmə qeydə alınıb. Lakin 1992-ci ildə vulkan püskürən zaman alovun hündürlüyü 150 metrə qədər yüksəlib”.

E.Məmmədbəyov vulkanın brekçiyasının tərkibinin kimyəvi elementlərlə zəngin olduğunu deyib:

“Bu maddələr yağış və qar sularının təsiri ilə kimyəvi elementlər digər ərazilərə yayılır. Bu zaman torpaq müxtəlif duzlar, ağır elementlərlə zənginləşdiyinə görə artıq məhsuldar bitki örtüyü məhv olur. Ərazidə həmin ekoloji şəraitə uyğun bitkilər müşahidə edilir. Vulkan kraterinin ətrafında taxıl əkənlərlə söhbət edərkən məlum oldu ki, məhsuldarlıq çox aşağıdır. Onlara da izah etdik ki, bunun səbəbi buğdanın qədim brekçiyanın üzərində əkilməsi ilə bağlıdır. Həmin ərazidəki elementlər bitkinin inkişafı yox, onun zəifləməsinə təsir edir. Bu sahədə əkilən məhsulla qidalanmaq doğru deyil. Vulkana yaxın ərazidə əkin aparmaq məqsədəuyğun hesab edilmir.

Bəzi vulkanlarda illərlə krifon fəaliyyətində olur, bu püskürmə hesab edilmir. Lakin krifon fəaliyyəti dövründə çıxan qazlar insanlar üçün təhlükəlidir. Çünki bu zaman salza adlandırılan palçıqla atılan maddə ətraf aləm üçün zərərlidir. Ona görə də palçıq vulkanları baş verən ərazidə yaşamaq məqsədəuyğun deyil”.

Mürəkkəb brekçiya torpaq qatını məhv edir

Vulkanların ekologiyaya zərəri barədə danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev palçıq vulkanlarının ətrafa ən böyük zərərinin yerin altındakı süxurları yerin üst qatına çıxartması olduğunu deyib:

“Yer səthinə çıxan brekçiyanın tərkibində müxtəlif elementlər, qazlar, mikroelementlər ola bilər. Palçıq vulkanının yerin üst qatına çıxartıdığı mürəkkəb brekçiya torpaq qatını məhv edir. Onun yayıldığı ərazidə illərlə bir ot belə, bitmir. Həmin ərazidə bitki örtüyü itə, məhv ola bilər. Brekçiya üzərində torpaq qatının əmələ gəlməsi üçün uzun illər lazımdır. Ona görə də təkcə yaşayış məntəqələri yox, əkin sahələri də palçıq vulkanlarının hökmran olduğu ərazidən kənarda yerləşməlidir. Çünki bu, məhsul verən əkini də məhv edə bilər”.

Ə.Əliyev bildirib ki, insanlar vulkana yaxın ərazidə olmaqdan çəkinməlidir:

“Vulkan qəfildən püskürdüyü halda ətrafa yayılan qazlar insanların sağlamlığı üçün təhlükə yarada, zəhərlənmə, vulkan tullantıları yanıq hallarına da səbəb ola bilər. Hətta vulkanın yer səthinə çıxartdığı maddələr arasında radioaktiv maddələrin olması da mümkündür. Bunun üçün ərazidən götürülən qalıqların laborator analizi aparılmalıdır. Ancaq ola bilər ki, vulkanın üst qatında zərərli maddələr çox 50 metr dərinliyində az olsun, ya da əksinə. Lakin vulkan qalıqları ilə zənginləşən ərazidə illər sonra torpaq qatı yaranıbsa, orada əkilən bitkilər üçün təhlükə yoxdur”.

Ə.Əliyev vulkan olan ərazidə hansı məsafəyə qədər yaşayışa icazə verilməsi ilə bağlı fikir söyləməyin çətin olduğunu deyib:

“Çünki vulkanın püskürdüyü halda yayılacağı məsafəni dəqiq demək risklidir. Ola bilər ki, bir anda püskürüb, təxmin ediləndən daha çox ərazini əhatə etsin. Buna görə də vulkana yaxın ərazidə yaşayanlar bunu nəzərə almalıdır”.

Evlər təhlükədə

Quşçu vulkanı təkcə yer səthinə çıxartdığı maddələrlə zərərli deyil. Yanvarın 16-da baş verən püskürmədən bir neçə gün sonra baş verən sürüşmənin yaratdığı fəsadlar da bunu təsdiq edir. Həmin sürüşmə zamanı 8 hektar torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə qısa vaxtda pay torpaqlarındakı əkin sahələri ilə yanaşı həyətyanı əraziləri və tikililəri əhatə edib. Sürüşmə sahəsinin eni 1500 metr, uzunluğu 180 metrdir. Yarğanların dərinliyi 2 metrə çatır.

Sürüşmə zamanı həyətyanı sahələrin hasarları, meyvə ağacları, əkin sahələri torpağın altında qalıb, evlərə və yardımçı tikililərə ziyan dəyib. Quşçu kəndində 10 evin divarında iri çatlar əmələ gəlib. Həmçinin 300 evi içməli su ilə təmin edən bulağın torpaq altında qalma təhlükəsi yaranıb. Bulağa aparan avtomobil yolu torpaq sürüşməsi nəticəsində zərər görüb. Şamaxı rayon İcra Hakimiyyətinin sürüşmə baş verən zaman yaydığı məlumatda rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəydiyi bildirilmişdi.

Vulkanın təsiri və nəticəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, ərazidə sürüşmənin aktiv olması ilə bağlı vətəndaşların bu gün də müraciət edir:

“Lakin sürüşmə yalnız vulkanla bağlı deyil. Ərazi tektonik qırılma xəttinin üzərində yerləşir. Ona görə də illərdir daim aktiv zonadır. Təbii ki, baş verən vulkan püskürməsi sürüşməni daha da aktivləşdirir”.

Vulkanın həm brekçiyasının məhsullarının zərəri, həm də səbəb olduğu sürüşmədən sonra İcra Hakimiyyətinin qərarlarını öyrənmək istədik. Məlum oldu ki, proseslə baş memar məşğul olur, amma o, bir neçə gün əvvəl səhhəti ilə əlaqədar işindən azad edilib.

Memarlıq və tikinti şöbəsi Böyük məsləhətçi (mühəndis) Məmmədova Dilguşə bildirib ki, vulkan yalnız rayonun Quşçu kəndi ərazisi yaxınlığındadır:

“Lakin yaşayış məntəqələri vulkanın təsirindən zərər görə biləcək məsafədə deyil. Bu mənada sakinlərin həyatı üçün təhlükəli vəziyyət yoxdur”.

Vulkanın yaxınlığında əkin sahələri olan sakinlərə isə bələdiyyə torpaqlarından əlavə sahə ayrıla biləcəyini əlavə etdi.

İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan isə bildirildi ki, bu barədə məlumat daxil olduğu halda araşdırma aparılacaq.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı