Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov özünü yaşadığı 4 mərtəbəli binadan ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.(report)