Bu gündən etibarən Real TV kanalı Ailə TV-nin yayım şəbəkəsinə əlavə olunub.
Bu barədə telekanalın Feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, kanalı Ailə TV-nin İPTV və Kabel TV rəqəmsal yayım növündə izləmək mümkündür.
Qeyd edək ki, Real TV fəaliyyətə martın 15-dən başlayıb. Telekanalın rəhbəri telejurnalist Mirşahin Ağayevdir. Real TV-də işləyənlərin əksəriyyəti keçmiş ANS-çilərdir.