İlahiyyat İnstitutunun yerləşəcəyi bina ilə bağlı məsələsi hələ ki, açıq qalıb.
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, məsələ həllini tapandan sonra İnstituta qəbul həyata keçiriləcək: "Prezident İlham Əliyevin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib. Biz də öz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib, sifarişlər verilib, qəbul olunacaq tələbələr, ixtisaslar müəyyənləşib".
Komitə sədri fakültələr üzrə qəbul məsələsinin də bu il həll edilməsinin gözlənildiyini bildirib: “Bu il lazımi tədbirlər, görülən işlər davamlı olarsa, xüsusilə bina məsələsi həll olunarsa,dinşünaslıq, islamşünaslıq fakültələri üzrə qəbul məsələsi həll olunacaq".