106.3 FM-də “Avtostop” verilişinin aparıcısı Tural Yusifov CVN internet televiziyasında fəaliyyətə başlaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
T.Yusifov bu məlumatları təkzib edib:
“Bu gün mən CVN-də qonaq olmuşam. Qonaq olduğum müddətdə kimsə çəkiliş edib, bunu mənim iş yerimi dəyişməyim kimi ictimailəşdirib. İndiki halda mənim iş yerimi dəyişməyim haqqında məlumatlar həqiqəti əks etdirmir”.(modern.az)