Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 3 il dekan müavini vəzifəsində çalışmış Prof. Dr. Saffet Köseni İzmir Katip Çelebi Universitetinə rektor təyin edib.
Haberler.com xəbər verir ki, yeni rektor bu barədə sosial şəbəkə hesabında yazaraq, Ərdoğana və Türkiyənin Ali Təhsil Şurasının sədri Prof. Dr. Yekta Saraca təşəkkürlərini bildirib.
Saffet Kösen daha öncə həmin universitetin İslam Elmləri fakültəsinin dekanı olub.
Qeyd edək ki, Saffet 1999-2002-ci illərdə də Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsində dekan müavini vəzifəsində çalışıb.