Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.
H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.
Daxili İşlər Nazirliyindən H. Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.