“2018 Formula 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.
Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.(lent.az)