Azərbaycanda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib - FOTOLAR - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanda Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib - FOTOLAR

Cəmiyyət A- A A+
Bu gün Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.  
 
Milli Qəhrəmanın 49 yaşının tamam olması ilə əlaqədar keçirilən tədbirin əvvəlində onun məzarı ziyarət edilib. Sonra iştirakçılar Aqarunov və digər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 
Tədbirdə Albert Agarunovun qardaşı Rantik Aqarunov, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Səbail tank batalyonunun döyüşçüsü Hacı Əzimov, tank komandiri Ağababa Qasımov, "Azərbaycan Ordusu" qəzetinin jurnalisti Lalə Hüseynova, Azərbaycan Hərbi Tarix Muzeyinin direktoru Əzizağa Qənizadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, həmkarları Mustafayev Sərrac, Ədalət Əhmədov, Vitaliy Hüseynov, Çingiz Qulamov, Zakir Nəzərov, eləcə də, Suraxanı rayonunda Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 №-li məktəbin tələbə və müəllim heyəti iştirak edib.
 
Tədbir iştirakçıları öz çıxışlarında Aqarunovun qısa, lakin qəhrəman həyatı yaşadığını və Albertin göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını qeyd ediblər. İştirakçılar həmçinin, Aqarunovun gənc nəsil üçün nümunə olduğunu deyiblər.
 
Qəhrəmanın İsraildən gələn qardaşı Rançik Aqarunov qardaşının xatirəsinin yad edildiyi üçün Azərbaycan hökuməti və xalqına minnətdar olduğunu bildirib.
 
Qeyd edək ki, Aqarunov 25 Aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. O, 1987-ci ildə hərbi xidmətə çağırılıb, tank komandiri olub. Sonra Suraxanıda maşınqayırma zavodunda çalışıb. Qarabağ müharibəsi başlayandan sonra 1992-ci ildə Aqarunov könüllü olaraq cəbhəyə gedib və Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmili istiqamətində erməni işğalçı qüvvələrinin hərbi hissələrinə ciddi zərbə endirib. Şuşaya hücum zamanı Aqarunov doqquz tank, yeddi Zirehli transportyor və işğalçıların çox sayda texnikasını məhv edib.
 
8 may 1992-ci ildə Aqarunov Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq qətlə yetirilib.
1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...