Çiçəklənən Bakı Azərbaycan paytaxtının əsrarəngiz arxitekturası

Cəmiyyət 15:26 26.04.2018

Keçmiş Sovet respublikası və günümüzün avtoritar dövləti olan Azərbaycan sizin tətil üçün getmək istədiyiniz yerlərin siyahısında olmaya bilər.

Lakin Sənətsevərlərin bələdçisi (Art Lover's Guide) verilişinin ən son buraxılışında Alastair Sooke və Janina Ramirez Avropa ilə Asiyanın birləşdiyi bu məkana üz tutublar və onun paytaxtı Bakının necə qədim və müasir binalardan təşkil olunduğunu aşkar ediblər.

Bakı

Image captionAlastair Sooke və Janina Ramirez Bakıda

Azərbaycanda insanlar 19-cu əsrin ortalarından yerdən neft çıxarırlar. Lakin 21-ci əsrdə neft ixracından gələn gəlir Bakıda görünməmiş tikinti bumuna səbəb olub.

Yəqin ki, bu şəhərdəki ən diqqət çəkən tikili Zaha Hadid-in dizayn etdiyi və keçmiş prezident Heydər Əliyevin adını daşıyan çoxfunksiyalı binadır.

O, 1993-2003-cü illərdə ölkənin prezidenti olub. Bundan əvvəl Sovet Kommunist liderlərindən biri olan Heydər Əliyev müstəqillikdən sonra da hakimiyyətə gəlir və daha sonra hakimiyyəti oğlu İlham Əliyevə ötürür.

Bakıya səfəri zamanı Janina-ya məlumdur ki, 2003-cü ildə vəfat etmiş Heydər unudulmayıb.

Bakı

Image captionZaha Hadid Heydər Əliyev mərkəzini elə dizayn edib ki, sanki dalğa səmaya doğru ucalır

O deyir: "Son 14 ildə görülmüş işlərin böyük bir hissəsi atanın xatirəsinə həsr edilib - onu yaşatmaq Bakının əsas məqsədlərindən birinə çevrilib.

Heydər Əliyev parkında Heydər Əliyevin heykəli ucalır və yaxınlıqda da Heydər Əliyev konsert zalı yerləşir. Burada Heydər Əliyev prospekti də var - altı zolaqlı yol Heydər Əliyev mərkəzinə aparır".

Alastair dalğayabənzər bu tikilidə heç bir yanlışlıq tapa bilmir. O deyir: "Bu bina qiymətə layiqdir. O, həqiqi starxitekt effekti verir.

Bu bina Zaha Hadid tərəfindən layihələşdirilib və məncə o, Bakının səyahət xəritəsində yer almasına əsas səbəbdir. O, artıq dünyada tanınır".

Janina da heyrət içindədir. "O, həm də yerləşdiyi əraziyə görə heyrətamizdir. Ətrafdakı bütün binalar sovet yaşayış binaları və yüksək mərtəbəli tikililərdir.

Bəzi müasir arxitekturaların bir çox maraqlı quruluşları olur, lakin bu, insanı heyrətə salır. O ağ, parlaq və əzəmətlidir".

Bakı

Fotonun müəllifi© VİEW PİCTURES / GETTY IMAGES

Image captionHeydər Əliyev Mərkəzi "Design Museum"un 2014-cü ildə İlin Dizaynı mükafatını alıb

Bəs binanın içi necə görünürʔ "Ora parlaq və isidilmiş döşəmə, ağappaq döngələr dünyasıdır", Janina deyir.

"Nəhəng pilləkənlər bizdən əhəmiyyətli dərəcədə böyük olan biri üçün, Heydər Əliyev üçün nəzərdə tutulub. Birinci mərtəbə tamamilə ona həsr edilmiş muzeydir".

Janina üçün bura diqqətlə hazırlanmış sərgidir. "Burada Heydər Əliyevin şəkilləri mənim evimdə öz şəkillərimdən daha çoxdur. Bu möhtəşəm tikili rejimin xdmətindədir".

Bakı

Fotonun müəllifi© YEGOR ALEYEV / GETTY IMAGES

Image captionBakıda digər dramatik görünüşlü arxitekturaya sahib bina bu yaxınlarda tikilib. Bakı Kristal zalı 2012-ci ildə açılıb

Şəhərin şimalında yerləşən Yanardağa üz tutan Nina və Alastair aşkar edib ki, arxitektura Azərbaycanda yeganə diqqət çəkən şey deyil.

Onlar burada daim yanan torpaq sahəsi aşkar ediblər. Bəziləri iddia edir ki, bu torpaq altndakı təbii qaz min illərdir yanır. Digərləri isə bildirir ki, buradakı yanğın 1950-ci illərdə təsadüfü atılmış siqaret kötüyündən alovlanıb.

Bu qəribə fenomeni yaxından izləməklə Nina-ya Azərbaycanın necə təbii qüvvələrlə münasibətdə olduğunu nümayiş etdirir.

Bakı

Fotonun müəllifi© STEFANO BOLOGNİNİ

Image captionBakı, misal üçün, Yanardağ kimi yerin altından çıxan təbii alovları ilə məşhurdur

"Yanardağ möhtəşəm bir yerdir… Təəccüblü deyil ki, Bakının digər məşhir tikilisi olan Alov Qüllələri məhz canlı alovlardan ilhamlanıb".

Alastair də gördüklərindən təsirlənib. "Alovlar çox gözəl, lakin qaçılmazdır. Neft, qaz və alov həmişə burada məskunlaşan insanların mədəniyyətini, kimliyini və tarixini formalaşdıracaq".

Bakı

Fotonun müəllifi© TREVOR CLARİNGBOLD

Image captionAlovdan ilhamlanmış qüllələr axşamlar işıqlandırılır / Trevor Claringbold

Lakin Bakının qədim binaları da diqqətdən kənar qalmamalıdır. Alastair İçərişəhərin dar küçələri ilə "Sınıqqala" kimi tanınan qədim Məhəmməd məscidinin qalıqlarını tapmağa çalışır.

Bakı

Fotonun müəllifi© JAMİE MCDONALD / FIFA / GETTY IMAGES

Image captionMəhəmməd məscidi 11-ci əsrdə tikilib.

Alastair bu binanın hekayətinə diqqət yetirir. "Ən yuxarıda, minarədə daha müasir daşı görmək mümkündür. Bunun isə öz səbəbi var.

1720-ci ildə Rusiya çarı Pyotr Bakını və ətraf əraziləri tutmaq üçün buraya donanma göndərir. Topdan açılmış atəş minarəyə dəyir və bu hissəni tamamilə dağıdır.

Hər şeyin Bakı üçün pis getdiyi vaxt külək dada çatır. Qəfildən hava dəyişir və donanma geri dönməli olur. Təbii ki, bakılılar üçün bu, şəhəri xilas edən ilahi qüvvə idi".

Bakı

Fotonun müəllifi© KASİA NOWAK / ALAMY

Image captionBakı minarələri odlu-alovlu tarixi hadisələrin şahidi olub

Janina Şirvanşahlar sarayında İslam incəsənətinin möhtəşəm nümunələrini aşkar edir. Onların tarixi əsasən 15-ci əsrə dayanır.

O deyir: "Xristianlıqdan fərqli olaraq İslamda insan və heyvan şəkillərinin təsviri yer almayıb. Çünki bu dinə görə yalnız Allah insan və təbiətin surətini yarada bilər.

Əvəzində isə onlar bu cür naxışlara diqqət ayırıblar. Burada gözəl üzüm və əncir yarpaqlarının həkk olunduğu kimi".

Janina həmçinin sarayın divarlarındakı Quran ayələrinə diqqət çəkir. "Burada kufi xətti ilə yazılar var. Müxtəlif xətlərin istifadəsi çox gözəl təsviri ortaya çıxarır".

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Hamısı