Dünən günorta saatlarında Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
18-ci mərtəbədə başlayan yanğın 2-ci mərtəbəyə qədər gəlib çatıb.
Hadisə paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsindəki hündürmərtəbəli binada baş verib.
Yanğını görən şahidlər dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Xilasedicilər dərhal binanın daxilində təmir işləri aparan usta və fəhlələri təxliyə ediblər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə yerinə gəlib.
Yanğının söndürülməsinə "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətinin Fövqəladə Hallar Qatarının bir neçə əməkdaşı da cəlb edilib.
Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin sözlərinə görə, yanğın 18-ci mərtəbədən yuxarıda baş verib. Küləkli havada yanğın təxminən 3 saata söndürülüb.
Hazırda həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin təhqiqat qrupu araşdırma aparır, yanğının əsl səbəbi də məhz bundan sonra bilinəcək.