Vəzifədən çıxarıldığı deyilən direktordan - Açıqlama | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Vəzifədən çıxarıldığı deyilən direktordan - Açıqlama

Cəmiyyət A- A A+
“Mən adi seçici kimi seçkilərdə iştirak etmişəm. Qanun pozuntusuna görə işdən qovulmağım tam yanlış məlumatdır”. 
 
Bu sözləri Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənova deyib. O bildirib ki, mediada işdən qovulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
 
“Hazırda işimin başındayam və hər hansı bir qovulma hadisəsindən söhbət gedə bilməz. Səhhətimdə yaranmış problemlərlə əlaqədar olaraq vəzifəmdən azad olunmağım barədə ərizə ilə şəhər təhsil şöbəsinə müraciət etmişəm. Lakin hələlik bu barədə qərar qəbul olunmadığına görə vəzifəmin icrasını davam etdirirəm. Yaşıma gəldikdə isə 70 yox, 64 yaşım var. Respublikanın əməkdar müəllimiyəm, 10 idir ki, bu məktəbdə direktor işləyirəm. 45 illik iş təcrübəm var. Haaqımda bu cür əsassız informasiyanın yayılması məni çox kədərləndirdi”.
 
Qeyd edək ki, Axar.az saytının yaydığı xəbərdə seçki günü qanunpozuntusu aşkar edildiyi üçün direktorun işdən azad edildiyi, həmin seçki məntəqəsinin nəticələrinin isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edildiyi bildirilmişdi. (qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...