Nəsimi rayonunda baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlik rayon ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (sökülməkdə olan) yanğın baş verdiyini, hadisə zamanı ölən və xəsarət alan olmadığını bildirib.
Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.