Aqrolizinq ASC-nin yeni sədrinin adı məlum olub.
ASC-nin yeni sədri Seymur Mövlayevdir.
S. Mövlayev bundan əvvəl 3 saylı ASAN Xidmət Mərkəzinin direktoru olub.
Qeyd edək ki, S. Mövlayevdən əvvəl “Aqrolizinq”in sədri Elşən Məmmədov olub. Kənd təsərrüfatı nazirinin əmri ilə E. Məmmədov Nazirliyin Texniki siyasət şöbəsinin direktoru təyin olunub.
x x x
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrolizinq ASC-nin sədri Elşən Məmmədov vəzifəsindən azad edilib.
Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.
Əmrə əsasən, E.Məmmədov nazirliyin Texniki siyasət şöbəsinin müdiri təyin edilib.