DTX veteranları bır araya gətirdi

Cəmiyyət 14:16 06.05.2018

DTX-nin Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar.

Akademiyanın akt zalında davam edən tədbir İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş Vətən övladlarının unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə iştirak edən, İkinci Dünya müharibəsində şücaət nümunələri göstərmiş veteranlara DTX-nin şəxsi heyəti adından qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub.

Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veribrər.

Xüsusi qeyd olunub ki, Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olub. Müharibə illərində keçmiş Sovet İttifaqında hasil edilən neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Əgər Azərbaycan nefti olmasaydı, faşizmin hərbi təcavüzünün nə ilə bitəcəyini demək çətin olardı.

Bütün bunlara görə bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə məhrumiyyətlərə sinə gərərək, fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Təəssüf ki, 1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan ovaxtkı səriştəsiz və naşı şəxslər tərəfindən xalqımızın bəşəriyyət tarixində ən qanlı cahan savaşında bu möhtəşəm Qələbənin qazanılmasında, alman faşizminin yer üzündən silinməsindəki ölçüyəgəlməz və misilsiz rolunun unutdurulması kimi aciz cəhdlər olub.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May – Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində yenidən qeyd edilməyə başlanıb. Müstəqil Azərbaycanın banisi Ulu Öndər veteranlara hər zaman böyük diqqət və qayğı göstərib, bu cəsur insanların öz həyatları bahasına faşizmin məhv edilməsinə verdikləri əvəzsiz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın Milli qəhrəmanları, veteranlar və digər natiqlər çıxışlarında xüsusi qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev şanlı tarixi irs-varislik ənənələrinin yaşadılması, gənc nəslin vətənpərvəlik ruhunda yetişdirilməsi işinə xüsusi önəm verir.

Bu baxımdan, Böyük Vətən müharibəsinin veteranlarına, ümumilikdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda qəhrəmanlıq və şücaət nümunələri ilə hərb tariximizin şanlı səhifələrini şərəflə yazmış vətəndaşlarımıza göstərilən hərtərəfli diqqət və qayğı, bu sahədə imzalanmış müvafiq sərəncamlar Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən və düşünülmüş siyasətin prioritet istiqamətlərindəndir.

Hər il 9 May - Qələbə Günü ilə bağlı keçirilən tədbirlərdə dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəxsən iştirak etmələri və veteranlarla səmimi görüşləri, bu insanlara münasibətin əyani və bariz nümunəsidir. Doxsan altı yaşlı Fatma Səttarova göstərilən diqqət və qayğıya görə bütün müharibə veteranları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək.

Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul nümayəndəsi Akademiyanın zabit və kursantlarına təlim-tədrisdə əldə etdikləri nailiyyətlərə görə təşkilatın sədrinin imzası ilə fəxri fərmanları təqdim edib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib. DTX-nin Mədəniyyət Mərkəzinin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcı kollektivləri tərəfindən yüksək səviyyədə hazırlanmış konsertdə respublikanın Əməkdar artistlərinin, tanınmış incəsənət ustalarının ifasında dövlətçiliyi, müstəqilliyi və vətənpərvərliyi tərənnüm edən mahnılar, rəqslər və musiqili improvizasiyalar veteranlarımızda, tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı