Sabirabad rayonu Şəhriyar kəndində traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəzada 5 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır. Onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.