Ağdaş rayonunda şirkətdən oğurluq olub.
Ağdaş rayon sakini Elçin Lətifov polis şöbəsinə müraciət edərək, mühasib işlədiyi şirkətdən 6 min manat dəyərində 24 top elektrik kabellərinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Ərəbocaq kənd sakini Sərxan Quliyev saxlanılıb.
Onun həmin şirkətdə traktorçu işlədiyi məlum olub.
Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.