Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi “Cümhuriyyət – 100” xüsusi dərgisinin təqdimatını keçirib. Tədbirdə Mərkəzin ekspertləri ilə yanaşı kənar müəlliflər, o cümlədən politoloqlar Nəzakət Məmmədova və Elnur Eltürk iştirak ediblər. Onların də dərgidə Cümhuriyyətlə bağlı yazıları var. Ümumiyyətlə dərgidəki yazılar Cümhuriyyət dövrünün müxtəlif istiqamətlərinə, daxildəki və xaricdəki problemlərə, Cümhuriyyət qurucularının keşməkeşli həyatlarına həsr olunub. Tətbiqi Politologiya Mərkəzi bu dərgi ilə Cümhuriyyətin 100 illiyində öz kiçicik töhvəsini verdiyinə inanır.