“Uşaqlara zərərli informasiya verilməsinin qarşısı alınmalıdır” - Əflatun Amaşov | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


“Uşaqlara zərərli informasiya verilməsinin qarşısı alınmalıdır” - Əflatun Amaşov

Cəmiyyət A- A A+

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyir ki, uşaqların hüquqları haqqında və digər qanunvericilik aktlarında onların hüquqları birmənalı şəkildə qorunur

“Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı çoxsaylı işlər görülür”. Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

“Bu sahədə mükəmməl qanunvericilik bazası mövcuddur. Uşaqların hüquqları haqqında və digər qanunvericilik aktlarında onların hüquqları birmənalı şəkildə qorunur. Azərbaycan dövləti uşaqları himayə edir. Bir neçə gün öncə uşaqlara zərərli informasiyaların verilməsi ilə bağlı qanun layihəsini müzakirə edirdik. Hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb”.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...