BAMF Beynəlxalq Davamlı Enerji Təşkilatının icraçı katibi Qustav Qrobun ölümü ilə əlaqədar nekroloq hazırlayıb

Cəmiyyət 23:42 02.06.2018

Mayın 28-də, Ermənistan-Azərbaycan Sülh Platformasının üzvü, Beynəlxalq Davamlı Enerji Təşkilatının (BDET) qurucusu və icraçı katibi Qustav Qrob ömrünün 81-ci ilində qəfil vəfat etdi.

Qustav Qrob 1937-ci il 23 martda anadan olub. O, 2-ci Dünya İqlim Konfransından sonra yaxın zamanda davamlı və təmiz enerji iqtisadiyyatının vacib təlabatına cavab vermək üçün qurduğu Beynəlxalq Təmiz Enerji Konsorsiumunum (BTEK) prezidenti kimi fəaliyyət göstərib. 2002-ci ildə professor Qrob icraçı katibi və təşəbbüsçüsü kimi   təmiz və bərpa olunan enerji ilə bağlı qlobal səyləri koordinasiya edən Beynəlxalq Davamlı Enerji Təşkilatını (BDET) qurdu. BDET bir çox BMT və qeyri-hökumət təşkilatlarının (QHT) işlərini özündə birləşdirir və qlobal enerji qanunvericiliyi və standartlaşdırma sahəsində hərəkətverici qüvvədir.

Qustav Qrob bərpa olunan enerji üzrə ekspert idi, həmçinin, Rio De Janeyroda (1992) iqlimə dair tarixi konfrans və BMT-nin Bonnda (2004) Bərpaolunan Enerji mənbələrinə dair Konfrans da daxil olmaqla bir sıra yüksək səviyyəli ekoloji konfranslarda əsas məruzəçi qismində çıxış etmişdi.

Qustav Qrob Azərbaycanda yerləşən qeyri-hökumət təşkilatı və BMT-nin İqtisadi və Sosial Şurasının ümumi məşvərətçi statusuna malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaxın tərəfdaşı və dostu idi.

2016-cı ildə Cenevrədə keçirilən 25-ci Dünya Təmiz Enerji Konfransında BAMF-ın prezidenti Umud Mirzəyev, BDET-in prezidenti Qustav Grob və Bərpaolunan Enerji və Səmərəli Enerji Ərəb platformasının prezidenti Kamel Essehayri “Üç Dayaq” elektrik enerjisi istehsalı və istifadəsinin davamlı və təmizliyini təmin edən və dəstəkləyən  Afrika-Asiya-Avropa tərəfdaşlıq müqaviləsi imzaladılar.

Qustav Grob BAMF-ın təşəbbüsü ilə BMT-nin Cenevrədəki ofisində keçirilən bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak edib. Tədbirlərdə iştirak edərkən Qustav Qrob  Ermənistan və Azərbaycan arasında Qarabağ bölgəsində sülh quruculuğunun əhəmiyyətindən danışıb. O, Azərbaycanın Qarabağ bölgəsini işğalçı qüvvələrdən azad və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq dayanıqlı cəmiyyəti formalaşdırılmaq və sülhə dair ideyaları həyata keçirmək üçün Azərbaycan daxilində davamlı inkişafın multikultural zonası kimi bərpa etməyi təklif edirdi.

2017-ci ilin martında Qustav Qrob Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bildirmişdi. Eyni zamanda Ermənistan və Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyirdi.

Professor Qrob enerji, davamlı inkişaf, standartlaşdırma və iş etikası ilə bağlı çoxsaylı yazıların müəllifidir. Qəfil ölümündən qabaq o, münaqişənin həllinə daha çox diqqəti cəlb etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatından olan həmkarları arasında Qarabağ Xilasetmə Planının təşviqi üzərində fəal şəkildə çalışırdı. Yaxın gələcəkdə bu məzmunda mühüm görüşlər keçirmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Qustav Qrobun ölümünə təəssüflənir. BAMF qrupu Qustav Qrob ailəsinə başsağlığı verir və onun işinin davam etdiriləcəyinə ümid edir. Ruhu şad olsun!

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı