Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.