Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Qaxaz rayon sakini Güləna Ağamalıyeva evə buraxılıb
Bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib. O bildirib ki, xəstənin vəziyyəti yaxşıdır.

"Dünən yaralı qadın daxil olan kimi ona ilkin yardım göstərilib. Vəziyyəti yaxşı olduğu üçün dünən evə buraxılıb".
Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Qazax rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilərin atəşinə məruz qalıb.