Kənd Təsərrüfatı Nazirliyinin BMT ilə birgə layihəsinin açılışı olub

Cəmiyyət 10:24 29.06.2018
Ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir. Torpaq otensialının, genetik bitki mənbələrinin və iqlim şəraitinin zənginliyi ilə tanınan Azərbaycan bitkiçilik və əkinçiliyin təkamül mərkəzlərindən biri hesab olunur. Ümumilikdə, ölkə ərazisində 4500-dən çox çiçəkli, ali sortlu bitki növü və 230-dan çox endemik bitki qeydə alınmışdır. Azərbaycanda bitki istehsalı kənd təsərrüfatı istehsalının demək olar ki, yarısını təşkil edir ki, bunun da qalan yarısı heyvandarlıq məhsulları istehsalının payına düşür.
 
Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın genetik bitki ehtiyatları onların aqrobioloji müxtəliflik potensialını təhlükə altında qoyan bir sıra amillərə qarşı həssasdır. Belə ki, burada əkinçilik ekosistemlərinin deqradasiyaya uğraması, torpaq parçalanması və kəskin quraqlıq hallarını qeyd etmək olar. Azərbaycanın aqrobioloji müxtəlifliyinə təhlükə yaradan bu amillərə qarşı mübarizə aparmaq məqsədi ilə BMT-nin İnkişaf Proqramı və Kənd Təsərrüfatı Nazirliyi Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start vermişlər. “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin açılış mərasimi bu gün Bakı şəhəri Hilton Baku otelində baş tutaraq 40 nəfərə yaxın dövlət qurumu, beynəlxalq təşkilat və inkişaf agentliklərinin nümayəndəsini bir araya gətirmişdir.
 
Layihə çərçivəsində 2018-2023-cü illər ərzində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanılması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır. Qədim xalq seleksiyası sortları və yeni yaradılacaq ekoloji təmiz sortlardan davamlı və dayanıqlı istifadəni təmin etmək üçün seçilmiş fermerlərə dəstək göstəriləcəkdir. Bundan başqa, Azərbaycan ərazisində biomüxtəlifliklə zəngin olan ərazilərdə torpaq eroziyasının və deqradasiyanın qarşısının alınması istiqamətində tədbirlər görüləcəkdir. Layihə müddətində aqrobiomüxtəlifliklə məşğul olan alim, mütəxəssis və fermerlərin bilik və bacarığını artırmaq üçün mütəmadi təlimlər keçiriləcək və bu sahə üzrə bəzi təhsil müəssisələrinin bir sıra tədris proqramlarının təkmilləşdirilməsinə dəstək veriləcəkdir.
 
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov qeyd etmişdir ki, genetik ehtiyatlar kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malikdir. Nazir mədəni bitkilərin yabanı əcdadlarının mühafizəsini və hədəf rayonlarda torpaqların eroziya və deqradasiyasının qarşısının alınması sahəsində planlaşdırılan tədbirləri yüksək qiymətləndirmişdir.
 
BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi Qulam İsakzai bildirmişdir ki, "bitkiçilik və əkinçiliyin inkişafı və ümumiyyətlə bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsində əsrlər boyu davam edən ənənələrə malik olan Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır ". Cənab İsakzai həmçinin vurğulamışdır ki, "kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olurlar və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.
 
Kənd təsərrüfatında bioloji müxtəlifliyin qorunması tədbirləri həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf KonsepsiyasıDayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi baxımından müsbət rol oynayacaqdır. Belə ki, aqrobiomüxtəlifliyin mühafizəsi xüsusilə Qlobal Məqsəd 1: Yoxsulluğa Son, Qlobal Məqsəd 2: Aclığa Son, Qlobal Məqsəd 3: Yaxşı Səhiyyə və Rifah, Qlobal Məqsəd 5: Gender Bərabərliyi, Qlobal Məqsəd 12: Məsuliyyətli İstehlak və İstehsal, Qlobal Məqsəd 13: İqlim Dəyişikliyinə Qarşı Mübarizə və Qlobal Məqsəd 15: Torpaq Ekosisteminin Mühafizəsi tələblərinə uyğundur.
 
Qeyd edək ki, yeni qüvvəyə minmiş layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutudur.
 
Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanla əlaqə saxlaya bilərsiniz - [email protected]
 
### ### ###
 
BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
Hamısı