Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. .
***
Bakıda yanğın başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.
Yanğın hələ də davam edir. Yanan maşınlar arasında “BMW”, “Niva” və Vaz 2106-07 də var.