Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.
Bildirilib ki, yanğın baş verən ərazi yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir.
Məlumatda qeyd olunub ki, yaxınlıqda Dövlət Yol Polisə məxsus qorunan cərimə meydançası yerləşir.
"Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb. Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb”" , -deyə DİN-nin məlumatında qeyd olunub.