Elmar Vəliyevi vuran Yunis haqda ən son və sensasion məlumatlar

Cəmiyyət 09:59 09.07.2018

Gəncə tətikçisinin papağının mənasından tutmuş, həyat yoluna qədər, heç yerdə getməyən məlumatlar bu yazıda; “Bu, qısasçılıq zəminində baş vermiş sıradan bir cinayət hadisəsi deyil, siyasi motivli terrordur”; ‘’Bunlar  Azərbaycan-Rusiya münasibətlərinə kifayət qədər ciddi zərbə vurulmasına hesablanmış addımlar ola bilər’’ 

Gəncədə ölkənin ən qüdrətli icra başçısı hesab olunan Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsd hələ də ölkə gündəminin əsas mövzusudur. Bu hadisənin seyri elə sürətlə dəyişdi ki, Azərbaycanın yaşadığı enerji böhranı yaddan çıxdı.

Vəzifəli məmurların və bir çoxlarının sıradan bir kriminal olay, bəzilərinin, qisasçılıq zəminində atılan addım kimi dəyərləndirdiyi hadisə, sən demə, siyasi-ideoloji motivli terror imiş. Sabitlik və təhlükəsiz yaşama komfortuna görə dünyanın ilk 25 dövləti sırasında olan Azərbaycana qarşı sən demə xain bir terror əməli planlaşdırılıb. Əlbəttə, bütün bunları biz istintaq orqanlarının rəsmi bəyanatları əsasında yazırıq.

Belə ki, ötən cümə günü üç mühüm hüquq-mühafizə orqanı - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq hadisəni terror aktı elan etdi. Orada mühüm vurğular var idi - Rusiya vətəndaşı olan tətikçi Yunis Səfərovun Qum şəhərində və Suriyada hərbi təlimlərdə olması, bu cinayəti dini motivlərlə törətməsi iddia olundu...

Cəmiyyəti heyrətləndirən bu açıqlamanın ardınca Gəncə tətikçisi Yunis Səfərovun xanımı öncə audio, daha sonra isə video-müraciət yayaraq bəzi iddialara cavab verib. Hazırda ən çox müzakirə olunan məqam Yunis Səfərovun Suriyada hərbi təlimlərdə iştirak etməsidir. Rəsmi açıqlamada bu qeyd var və orada Səfərovun 2016-cı ildə İrana getdiyi və burada 8 ay yaşadığı, bu müddətdə Suriyaya gedərək hərbi təlim aldığı iddia olunur. Hələlik istintaq ortaya bu iddiaları təsdiq edəcək sübutlar qoymayıb. Medianın əlində isə yalnız Yunisin ziyarətgah fotoları və mübhəm papağından başqa heç nə yoxdur.

Yunis Səfərov Musavat.com papaq ile ilgili görsel sonucu

Bu məqamda qeyd edək ki, bir çoxlarının heç diqqət etmədiyi ‘’papaq məsələsi’’ndəki kodlu mesajı  musavat.com saytı aşkara çıxartdı. Məlum oldu ki, Yunis Səfərovun sosial şəbəkələrdə ən çox yayılan saqqallı və yay baş geyimində olan fotosu sıradan bir foto deyil -  Yunisin başındakı papaq rəsmi ittihamların istiqamətini təsdiqləyəcək gücdədir. Belə ki, həmin papaq 2008-ci ildə Suriya ərazisində sui-qəsd nəticəsində öldürülmüş, ‘’Hizbullah’’ hörgütünün silahlı qanadının əfsanəvi komandanı İmad Muğniyənin mediaya sızan nadir fotolarından birində başına qoyduğu papaqla eynidir. Bu papaq hizbullahçıların səhra geyimidir və  Yunisin bu papaqla fotosu məhz onun bu qrupda olduğunu göstərməyə xidmət edir! 

*****

Politoloq Elçin Mirzəbəyli Yunis Səfərovun xarici dövlətin tapşırığı ilə bu qanlı aksiyanı törətdiyini iddia edir. ‘’Yeni Müsavat’’ qəzetinə açıqlamasında o deyib ki,  baş vermiş olaya ən müxtəlif spektrdən yanaşmaq olar: Önəcə onu deyim ki, hüquq mühafizə orqanlarının olayla bağlı bir neçə gün gözləyəndən sonra açıqlama vermələri təbii qəbul olunmalıdır. İstintaqın gedişi bunu tələb edir. Digər tərəfdən, ictimaiyyətə dəqiq məlumat verilməsi gərəkdir. Olaydan sonrakı 3 gün ərzində aparılan araşdırmaların nəticəsində bilindi ki, bu terror hadisəsidir. Yunis Səfərovun terror qruplarında fəaliyyət göstərdiyi aşkar olundu. Bilindi ki, o, İranın Qum şəhərində, daha sonra Suriyada təlim keçib. Bundan sonra aksiya məqsədyönlü şəkildə həyata keçirilib".

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq deyir ki, terror ərəfəsində və sonradan enerji sistemində yaranan problemlər, olaydan dərhal sonra sosial şəbəkələrdə təxribatçı qrupların dirçəlməsi və digər məqamları nəzərə alarkən hadisənin məqsədyönlü şəkildə baş verdiyi qənaəti formalaşır: “İstintaq Mingəçevirdə baş verən hadisə ilə Gəncədə baş verən hadisənin arasındakı əlaqənin olub-olmamasına aydınlıq gətirməlidir. Təxribatçı qrupların bu prosesə necə hazırlaşdıqları, konkret olaraq hansı ölkənin kəşfiyyat orqanlarının bu prosesdə əli olması da yəqin ki, aydınlaşdırılacaq. Hansı kənar güclərin Azərbaycanda proseslərə müdaxilə etməklə hansı məqsədlərə çatmaq istədikləri də bilinəcək. Ortalıqda dövlət qulluqçusuna qarşı törədilən terror aksiyası var. Bu aksiya Azərbaycanın 2-ci ən böyük şəhərində baş verib. Olay Azərbaycan Cümhuriyyətinin yarandıqdan sonra yaşaması üçün mühüm qərarların verildiyi, ordunun, polisin yaradıldığı şəhərdə olub və Cümhuriyyətimizin 100 illiyi təntənə ilə qeyd olunduğu dövrə təsadüf edib. Azərbaycan zamanında dünyəvi inkişaf yolunu seçməklə bütünlükdə müsəlman şərqinə bir mesaj verib. Bunun növbəti dəfə qabardılması belə görünür ki, dünyəvi inkişaf modelinə qarşı olan bəzi dairələri narahat edir. Onlar Azərbaycan modelinin timsalında özlərinə təhlükə görürlər. Hadisələrin zəncirvari əlaqəsi proseslərdən belə nəticə çıxarmağa əsas verir. Mənim fikrimcə, bu cür təxribatlar Azərbaycanda keçirilən möhtəşəm hərbi paraddan sonra ölkəmizin təhlükəsizlik sisteminə zərbə vurmaq və xaos yaratmaq məqsədi güdür”.

Yunis Səfərov Musavat.com papaq ile ilgili görsel sonucu

Politoloq ‘’Yeni Müsavat’’ müxbirinə deyib ki, belə hadisələrin baş verməsi hər zaman gözləniləndir. Azərbaycanının təhlükəsizlik orqanları da bu məqamı daim göz önünə alırlar. Bu baxımdan olay baş versə də, göründü ki, bəzilərinin sonradan xaos yaratmaq istəkləri baş tutmadı.  Amma sosial şəbəkələri izlədikdə məlum olur ki, bu niyyətdən hələ əl çəkməyiblər. Yenə də  Azərbaycana qarşı proses davam edir.

Elçin Mirzəbəyli istintaqın rəsmi versiyası ilə ziddiyyət təşkil edən bir mühüm məqamla bağlı da öz fikirlərini açıqlayıb. Bu məqam  Azərbaycanın baş prokurorunun müavini, Elmar Vəlievin qardaşı Xanlar Vəliyevin məlum açıqlaması ilə bağlıdır. Bilindiyi kimi, o, açıqlama verərək,  terrorçunun Rusiya kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edib.

Politoloq E. Mirzəbəyli bu məqamı ‘’Yeni Müsavat’’a belə izah edib: ‘’Düşünürəm ki, daha çox istintaqın verdiyi məlumata istinad olunmalıdır. Xanlar Vəliyevi başa düşmək olar, bu olay onun qardaşına qarşı törədilib. Hadisədən sonra ilkin məlumatlar əsasında yaranan mənzərə belə idi ki, Yunis Səfərov Rusiyada təhsil alıb, oranın vətəndaşıdır. Bu məlumatlar hadisənin məhz Rusiya tərəfindən sifariş verildiyi fikrinin yaranmasına, Azərbaycan-Rusiya münasibətlərinə kifayət qədər ciddi zərbə vurulmasına hesablanmış addımlar ola bilərdi. Xanlar Vəliyevin bu açıqlamasını dövlət rəsmisi kimi deyil, ailə üzvünün fikirləri kimi qəbul etmək lazımdır. Onun qardaşına qarşı terror aktı törədilib və onun emosional fikir bildirməsi də təbiidir’’.

Ä°lgili resim

Müxbirimizin digər suallarına cavab verən E. Mirzəbəyli deyib ki,  Elmar Vəliyevə qarşı terror etmiş Yunis Səfərovun peşəkar olması göz qabağındadır: “Onun atəşi hansı nayihələrə açması, bütövlükdə belə bir cinayəti törətməyə nail olması peşəkarlığından xəbər verir. Yunis Səfərov peşəkar qatildir. Yunis Səfərovun hadisə yerindən qaçmaması isə, fikrimcə, onu yönləndirənlərin məqsədlərindən xəbər verir. Ondan Robin Qud obrazı yaratmaq istəyi, ictimai narazılıq salıb, ondan el qəhrəmanı düzəltmək cəhdləri ortadadır. Xanımının adından yayılan səs yazılarında, videolarda Yunis Səfərovun dini müstəvidə qisas aldığı qabardılır. Məqsəd də bundan ibarətdir ki,  bu şəxsin timsalında qəhrəman obrazı formalışdırılsın, guya Azərbaycanda dinə qarşı hansısa addımlar olub və baş verənlər də qarşılığında qisas aksiyasıdır. Yunis Səfərov hadisəni törədəndən sonra onun video-müraciəti yayılmalı və əhalinin dini hisslərindən istifadə edərək onun müdafiəsinə qalxmaları təmin olunmalı idi. Bu qanlı aksiyanın formatı təsadüfi deyil, məqsədyönlü şəkildə seçilib. Əgər Yunis Səfərov hadisə yerindən qaçsaydı, bu halda söhbət konkret olaraq Elmar Vəliyevi cəzalandırmaqdan gedə bilərdi. Yəni sifariş Elmar Vəliyevi vurmaqla məhdudlaşmayıb. Məqsəd bu qanlı aksiyanı icra etmiş Yunis Səfərovun qəhrəman obrazını yaratmaq, ələ keçən qəhrəmanın azad olunması üçün əhalinin dini hisslərindən istifadə edilməklə, onları ayağa qaldırmaq olub. Bu istiqamətdə sosial şəbəkələrdə yayılan materialların motivindən açıq-aydın görünür.  Bu qısasçılıq zəminində baş vermiş sıradan bir cinayət hadisəsi deyil, siyasi motivli terrordur’’.

Buradaca qeyd edək ki, Yunisi qəhrəman elan edənlərdən biri də Azərbaycana qarşı qəsdlər həyata keçirtmiş, vətən xaini Ələkrəm Hümbətovdur. Ermənistan xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edən və ilin çox hissəsini İrəvanda yaşayan Ələkrəm Hümbətovun bu addımı çox məsələlərdən xəbər verir. 

Yada salaq ki, respublikanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının Gəncədəki hadisə ilə bağlı son rəsmi məlumatında deyilir ki, Elmar Vəliyevə və onun mühafizəçisi, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açılması planlaşdırılmış terror aktıdır.

Bir məsələyə də diqqət yetirək: şəriətə görə, Y.Səfərovun Vəliyevə qarşı “dini hökm olaraq” sui-qəsd etməsi üçün hansısa dini fətva olmalıdır. Yəni məsələn, hansısa dini mərkəz və ya din xadimi bununla bağlı fətva verməli, dindarlara çağırış etməlidir. ‘’Yeni Müsavat’’ müxbirinin araşdırmasına görə, ortada hər hansı belə bir dini çağırış, fətva yoxdur. Digər tərəfdən, Elmar Vəliyev dinə, dindarlara qarşı onları qəzəblənidərəcək addımlar atsa da, bunlar sistematik, yalnız bir şəhərə məxsus ardıcıl hücumlar olmayıb ki, ona qarşı dindar qəzəbi hər zaman davam etsin. Xanımının iddia etdiyi “Şərab festivalı” 5 il əvvəl olub, Aşura qadağası ötən il baş verib və sonda yerli əhalinin təzyiqi ilə hökumət geri çəkilməli olub. Ancaq Vəliyevin “din düşməni”, qətlə yetirilməli adam olması ilə bağlı hər hansı bir şəriət hökmü olmayıb. Bu mənada hadisəni İslam adına edilmiş hərəkət adlandırmaq çətindir.

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
Hamısı