Tarif Şurası tərəfindən iyulun 30-da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif Şurasının qərarına əsasən müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlar üzrə gediş haqqlarının yeni tariflərini açıqlayır.
Qurumun mətbuat xidməti həmçinin işğal altında olan rayonlarımız üzrə də tarifləri təqdim edib.
Müvəqqəti gedə bilmədiyimiz ərazilərimiz üzrə tariflər!