Tovuzda strateji əhəmiyyətə malik bir neçə yolun yenidən qurulması bitir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Eurasia Diary-ə verilən məlumata görə, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir.
Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının ümumi uzunluğu 15 km təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub.
Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.