İstanbulun yeni aeroportundan Bakıya həyata keçiriləcək ilk uçuşun nə vaxt baş verəcəyi açıqlanıb.
Eurasia Diary -nin məlumatına görə, "Türk Hava Yolları”nın (THY) idarə heyətinin və icraiyyə komitəsinin sədri İlker Aycı açıqlayıb ki, oktyabr ayının 29-dan etibarən THY yeni hava limanına köçəcək. O, prossesin 45 saata başa çatacağını qeyd edib və əlavə edib ki, ilk uçuş oktyabr ayının 31-də, yerli vaxtla saat 14.00-də baş tutacaq. İ. Aycı ilk daxili uçuşun İstanbuldan Ankaraya, beynəlxalq uçuşun isə Azərbaycan və Şimali Kipr Türk Respublikasına olacağını deyib.