"Bundan sonra da keçirilən yarışlarda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri ancaq dostluq, texnikaların, gəmilərin döyüş hazırlığının sirlərinin öyrənilməsinə çalışacaq. Keçirilən yarışda dostluq qalib gəldi".
Eurasia Diary xəbər verir ki, bunu tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələri komandanının I müavini Sübhan Bəkirov bildirib.
O qeyd edib ki, yarış çox gərgin və yüksək səviyyədə keçirilib: "Deyə bilərəm ki, yarış iştirakçıları kütləvi tədbirlərdən tam istifadə etdilər. Onlar həmçinin şəhərimizin tarixi, mədəniyyəti ilə yaxın tanış oldular və ekipajla gəmi heyətləri bu yarışlarda bilmədikləri texnikaların, silahların, döyüş hazırlığı planlarının bir-birinə ötürülməsi, öyrənilməsindən bəhrələndilər".
Onun sözlərinə görə, bundan sonra bütün gəmi ekipajları qarşıda qoyulan bütün döyüş tapşırıqlarına həmişə hazır olacaqlar və Xəzər dənizinə heç bir hərbi müdaxiləyə imkan verməyəcəklər.