Həcc ziyarəti başlandı

Cəmiyyət 12:38 17.08.2018

Zilhiccə ayıdır və bütün dünya müsəlmanlarının nəzərləri Səudiyyə Ərəbistanını iki şəhərində - Məkkə və Mədinədədir.

İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər."

Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə Həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir." Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur:

1. Hədd-büluğa çatmış olsun.

2. Aqil və azad olsun.

3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə Həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya Həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda Həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.

4. Müstəti olsun.

Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən bir şəxsə, həcc, yalnız evin puluna sahib olduğu təqdirdə, vacibdir.

Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyildir.

Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi "sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin tə`minatını mən ödəyəcəyəm" deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.

Bir şəxsə həccə getməsi üçün, həccə gediş-qayıdış məsrəflərini və bu müddət ərzində ailəsinin yaşayışını təmin edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və həccdən qayıtdıqdan sonra yaşayışını təmin edəcək qədər malı olmasa da, həcc ona vacib olar. Amma əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa, belə ki, həccə getdiyi təqdirdə borcunu vaxtında qaytara bilməzsə və ilin digər günlərində məişət xərclərini, təmin edə bilməzsə, ona həcc vacib deyildir.

Əgər Məkkəyə gedib-gəlmə müddətində gedib-gəlməsinin və ailəsinin xərcini ona verib, ona "həccə get" desələr, lakin onun mülkü etməsələr, əgər geri almayacaqlarına xatircəm olarsa, həcc ona vacib olar.

Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilsə və Məkkə yolunda malı verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmaz.

Əgər birinə bir miqdar pul versələr və həcc ona vacib olsa, həccə getsə və gələndən sonra özündə mal tapsa, ona artıq həcc vacib deyil.

Ticarət üçün, məsələn; Cəddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, istədiyi təqdirdə, oradan Məkkəyə getməyə müstəti olarsa, həcc etməlidir. Bu şəkildə həcc etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib olmaz.

Əgər insan başqasının tərəfindən şəxsən özü həcc ziyarəti etməyə əcir olsa, belə ki, özü gedə bilməsə və başqasını öz tərəfindən göndərmək istəsə, gərək onu əcir tutmuş şəxsdən icazə alsın.

Əgər bir şəxs müstəti olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti olmasa, həcc ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti olub və həccə getməyibsə, bu halda əgər zəhmət olsa belə, gərək həccə getsin.

Əgər müstəti olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun naibinin "sərurə", yəni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır.

Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs, gərək onun tərəfindən nisa təvafını da yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur.

Əgər nisa təvafını düzgün yerinə yetirməsə, ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, özünə naib tuta bilər.

Ümumiyyətlə həcc vaxtı ehramda olan vaxtı kişiyə öz arvadı haram olur. Bu barədə Allah buyurur: "Həccin müəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, günah və münaqişə etmək olmaz." İslamın qollarının bəzilərində bu hətta nisa təvafı yerinə yetirilib qurtarıncaya qədər davam edir.

Həcc ziyarəti

Quranda qeyd olunur: "Həcci və ümrəni Allah üçün kamil yerinə yetirin". Həcc ziyarəti üçün xüsusi günlər vardır. Ümumiyyətlə, ziyarət miqat adlanan 5 yerdən birində ehram bağlanma ilə başlayır. Azərbaycanlı zəvvarlar əsasən Mədinə yaxınlığında yerləşən Şəcərə məscidində ehram paltarı geyinirlər.

Birinci ehram ümreyi-təməttö üçündür.

Bundan sonra Məkkə şəhərinə köç edib, əvvəlcə Kəbəni 7 dəfə təvaf edib, təvaf namazı qılınır, sonra isə Səfa və Mərva dağları arasında 7 dəfə səy edib, səy namazı qılınır. Bundan sonra təqsir edib ümreyi-təməttönü yekunlaşdırıb ehramdan çıxırsan. Bu əməllər Zihiccə ayının 9-u gecəsinə qədər yekunlaşmalıdır.

Zihiccə ayının 9-u Ərəfə günüdür. Buna qədər Həcci-təməttö üçün ehram geyilir. Zəvvarlar zilhiccə ayının 9-u günorta azanından şam azanına qədər Ərəfat çölündə vüquf edirlər. Şam azanından sonra isə Müzdəlifə çölünə köç edirlər. Burada hər bir zəvvar böyük, orta və kiçik əqəbələrə atmaq üçün ən azı 49 ədəd noxud böyüklüyündə daş yığır. Zihiccənin 10-u Müzdəlifə çölündə sübh azanından gün çıxana qədər vüqüf edib, Minaya köç edirlər. Həmin gün Minada Böyük cəmərəyə 7 daş atıb, qurban kəsir və həlq etdirirlər. Bundan sonra ehram paltarından çıxırlar.

Daha sonra isə zilhiccənin 11-i növbə ilə kiçik, orta, böyük cəmərənin hər birinə 7 daş atılır. zilhiccənin 12-i də bu əməl günorta azanına qədər təkrar olunur. Azandan sonra zəvvarlar yenidən Məkkəyə köç edirlər. Daha sonra Kəbəni təvaf edib, təvaf namazı qılır, Səfa və Mərva arasında səy edib namaz qılırlar.

Bütün bunlardan sonra isə Nisə təvafı yerinə yetirilir.

Müstəhəbdir ki, Məkkəni tərk etmədən öncə vida təvafı yerinə yetirilsin.

Müqəddəs yolçuluq - həcc

Məqbul olan həccin qarşılığı cənnətdən başqa bir şey deyildir. (Hədisi-şərif)

Həcc ilin müəyyən günlərində müəyyən yerləri, müəyyən üsullarla ziyarət etməkdir. Bu ziyarət həcc niyyəti ilə ehrama girib, Ərafatda vəqfədə olmaq və Kəbəni təvaf etməkdən ibarətdir. Ehram həccin şərti, vəqfə və təvaf isə onun rüknləridir (əsasları).

İstər kişi, istərsə də qadın olsun, həccin şərtlərini daşıyan, yəni sağlamlıq və sərvət baxımından həcc etmə imkanına sahib olan hər müsəlmanın ömründə bir dəfə həccə getməsi fərzdir. İmkan ələ keçincə, gecikdirilmədən yerinə yetirilməsi gərəkdir.

Həccin fərz olmasının şərtləri

Bir şəxsə həcc ibadətinin fərz ola bilməsi üçün aşağıdakı şərtlər vacibdir.

Müsəlman olmaq

Yetkinlik çağına girmək

Ağıllı olmaq

Azad olmaq

Əsas ehtiyaclarına və evinə dönüncəyə qədər ailə fərdlərinə yetəcək, yol və vasitə məsrəflərini ödəyəcək qədər pula sahib olmaq.

HƏCCİN RÜKNLƏRİ

 

1. ƏRƏFAT VƏQFƏSİ

Ərəfat vəqfəsi edilməzsə, həcc səhih olmaz. Bu Məkkənin təxminən 25 km cənub-şərqində yerləşən və haram bölgəsi xaricində qalan, sərhədləri işarələnmiş olan Ərəfat bölgəsində yerinə yetirilir. Həcc əsnasında Ərəfata çıxmayan zəvvarın Həcci səhih olmaz. Çünki hədisdə də buyuruldugu kimi: "Həcc Ərəfatdır!".

Vəqfənin səhih olmasının şərtləri bunlardır:

Həcc etmək niyyəti ilə ehramlı olmaq.

Vəqfəni Ərəfat hüdudları içində və Ərəfə günü zəval vaxtından (zöhr namazının giriş vaxtı) bayram səhəri "fəcr-i sadiq"ə, yəni dan yerinin ağarmasına (səhər namazının giriş vaxtı) qədərki zaman içində yerinə yetirmək.

2. ZİYARƏT TƏVAFI

Ziyarət tavafı edilmədən də həcc ibadəti tamam olmaz. Təvaf Həcərül-əsvədin olduğu küncdən və ya eyni sırada başlayaraq, Kəbənin ətrafında saat əqrəbinin əksi istiqamətində yeddi dəfə dönməkdir. Hər dəfə dönməyə "şavt" deyilir və 7 şavt bir təvaf sayılır. Təvafın səhih olmasının şərtləri bunlardır:

Təvaf vaxtında edilməlidir. Ziyarət tavafına "ifada təvafı" da deyilir. Ziyarət tavafının vaxtı bayramın ilk günü fəcri-sadiqdən etibarən başlayır. İlk vaxtından etibarən ömrün sonuna qədər edilə bilərsə də, bayramın üçüncü günü günəş batana qədər edilməsi daha fəzilətlidir.

Niyyət

Şavtların çoxu edilməlidir. Hənəfi məzhəbinə görə, şavtlardan ən azı dördünü etmək təvafın səhih ola bilməsinin bir şərtidir.

Həccin vacibləri

Həccin rükn və şərtləri ilə yanaşı bir də vacibləri vardır. Bunların tərki ilə həcc batil olmaz. Fəqət, üzrsüz tərk edilməsi təhrimən (harama yaxın) məkruhdur. Bu vaciblər beşdir:

1. Səfa-Mərvə təpələri arasındakı səy

Kəbənin şərq tərəfində olan Səfa-Mərvə təpələri arasında Səfadan başlayaraq Mərvədə tamamlamaq üzrə dörd gediş, üç gəliş, cəmi 7 dəfə gedib-gəlməkdən ibarətdir. Səfadan Mərvəyə hər fedişə və Mərvədən Səfaya hər dönüşə "bir şavt" deyilir.

Səyi ehrama girdikdən sonra etmək.

Həcc səyini həcc ayları başlandıqdan sonra etmək.

Mötəbər bir təvafın ardınca edilməsi.

Şavtların çox hissəsinin, yəni ən azı dördünün edilmiş olması.

Səyə Səfa təpəsindən başlamaq.

2. Müzdəlifədə vəqfə

Həccdə Ərəfə gününü bayram gününə bağlayan gecəni Mina ilə Ərəfat arasında Hərəm hedudları içərisində, Müzdəlifə bölgəsində keçirmək sünnət, Qurban bayramının birinci günü fəcr-i sadiqdən günəşin doğuşuna qədər orada vəqfədə durmaq isə vacibdir.

Vəqfənin səhih olmasının şərtləri:

Həcc niyyəti ilə ehramlı olmaq.

Ərafat vəqfəsini yerinə yetirmiş olmaq.

Bəlli olan məkanda, yəni Müzdəlifə hüdudları içində etmək. Məşari-Haram yaxınlığında etmək sünnətdir.

Müəyyən zaman içərisində etmək.

3. Şeytan daşlama

Həcc edənlərin bayram günlərində Minada birinci gün yalnız Əqəbə cəmrəsinə, digər günlərdə sırayla Kiçik, Orta və Əqəbə cəmrəsinə öncədən hazırlanmış olan xüsusidaşları atmalarıdır. Şeytan daşlama günləri bayramın birinci günü fəcr-i sadiqdən dördüncü günü günəş batıncaya qədər keçən müddətdir.

Şeytan daşlamağın səhih olmasının şərtləri:

Cəmrələrə daşlar əl ilə atılır.

Atılan şeylər daş, qurumuş palçıq və bu kimi təyəmmüm edilməsi caiz olan bir maddə olmalıdır.

Daşların hər birisi ayrı-ayrı atılmalıdır.

Daşlar müəyyən edilmiş yerlərə atılmalıdır, yəni daşlardan hörülmüş sütuna və ya çevrəsindəki hovuzun içinə düşməlidir.

Daşların atılması lazım olan yerə daş atanın şəxsən atması nəticəsində hədəfə çatmalıdır.

Daş atmağa gücü çatan daşları şəxsən özü atmalıdır.

Daşlar təyin olunmuş vaxtlarda atılmalıdır.

4. Saçları dibdən qırxdırmaq və ya qısaltmaq

5. Vida təvafı

Harəm bölgəsi hüdudları çərçivəsində yaşamayan, uzaqlardan gəlmiş ziyarətçilərin məmləkətlərinə dönməzdən əvvəl etdikləri təvafdır.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Hamısı