Cənubda baş verən zəlzələnin Bakıda təkrarlanması gözlənilirmi? Ekspertdən açıqlama

Cəmiyyət 10:16 30.08.2018

“Bölgələrimizdə elə gün olmur ki, zəlzələ baş verməsin”

Avqustun 28-də cənub bölgəsində ard-arda  yeraltı təkanlar baş verdi.  Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ avqustun 28-də, yerli vaxtla saat 16:57-də Lerik rayonu ərazisində qeydə alınıb.Yeraltı təkanların maqnitudası 5.1 bal, dərinliyi isə 15 km olub.Yaxın yaşayış məntəqələrində zəlzələ 3-4 bala qədər hiss olunub.  Bu zəlzələdən 7 dəqiqə sonra, yəni saat 17:04 radələrində Lənkəran stansiyasından 12 km cənub-qərbdə yeni təkanlar qeydə alınıb.

Yeraltı təkanlar episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qərargah yaradılıb.  Qərargah qrupu evlərə baxış keçirib, dəymiş zərəri hesablayıb. Qeyd olunub ki,  təbii hadisə nəticəsində heç bir ciddi dağıntı və xəsarət alan olmayıb.

2018-ci ildə Azərbaycanda ən güclü zəlzələ 6 bal olmaqla iyun ayında Zaqatalada baş verib. Həmin zaman Zaqatalada ciddi dağıntılar baş verməsə də, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus çay daşından inşa edilmiş mal tövlələrinin divarında uçqun baş verib, bir neçə yaşayış evinin divarlarında xırda çatlar əmələ gəlmişdi. Eyni zamanda  əhali arasında psixoloji gərginlik yaranmış, insanlar zəlzələ baş verən günü evlərinə getməyib, küçədə keçirmişdilər.

Ümumilikdə isə Azərbaycan ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu olmaqla yanaşı onun bir çox yerləri, o cümlədən, Abşeron yarımadası, Dağlıq Şirvan (xüsusilə Şamaxı), Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. 2018-ci ildə Şamaxı, İsmayıllı, Qusar Və Zaqatala seysmoloji cəhətdən daha çox aktiv olan şəhərlər kimi qeydə alınıb. Respublika seysmoloji xidmət mərkəzindən verilən məlumata görə, adı çəkilən rayonlarda zəlzələ baş vermə ehtimalı digər ərazilərə nisbətən daha çoxdur.

Bakıda isə sonuncu ən güclü zəlzələ 2000-ci ildə baş verib. Ekspertlər bildirirlər ki, indiki dövrdə Bakıda güclü zəlzələ olarsa, dağıntılar daha çox olar. Çünki 2000-ci ildən fərqli olaraq Bakıda tikilən çoxmərtəbəli binaların heç birində zəlzələyə davamlılıq baxımından, lazım olan qayda-qanuna əməl edilmir...

qurban yetirmişli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırda cənub bölgəsində vəziyyət stabildir: “Ötən gün Lerikdə baş verən güclü zəlzələdən sonra 60-dan çox  afterşoklar olub, enerji boşalması gedib. Ola bilər ki, cənub bölgəsində təkanları hiss ediblər. Çünki bir-iki dəfə Rixter cədvəli üzrə 3,7 və 3,2 gücündə zəif təkanlar qeydə alınıb. Bununla da qeyd etdiyim kimi enerji boşalması gedib. Demək olar ki, yaxın günlərdə orada maqnitudası 5.1 bal gücündə olan zəlzələ olması ehtimalı yoxdur. Ancaq bununla yanaşı, xırda təkanlar baş verə bilər. Təkanların da baş verməsi həmin ərazilərdə enerji boşalması ilə bağlıdır”.

Yetirmişli də bildirib ki, ərazidə böyük dağıntılar yoxdur: “Bizim Lənkəranda, Lerikdə, Astarada, Yardımlı və Cəlilabadda stansiyalarımız var. Oradan gedib, əraziyə baxıblar. Ola bilsin ki, kənd yerlərində bəzi tikililərdə çatlar olsun. Ola bilər ki, tövlə uçsun. Ancaq normal tikili üçün bu zəlzələ heç bir qorxu yarada bilməz. Hətta deyim ki, çat da olmamalıdır. Bilirik ki, imkansızlıqdan kənd yerlərində mişar daşı ilə ev tikən, sementini güclü edən çox adam yoxdur. Gəzdikcə də bunun şahidi oluruq. Ancaq tələfat, böyük dağıntılar yoxdur”.

Q.Yetirmişlinin sözlərinə görə, Bakıda da zəlzələ ilə bağlı ciddi bir təhlükə yoxdur: “Xəzərdə tez-tez təkanlar olur. Bu da məsafə etibarilə zəif təkanlardır və qorxulu da deyil. Heç Bakıda əhali bunu hiss də etmir. Ümumiyyətlə, Abşeronun özündə zəlzələ ocaqları mövcud deyil. Zəlzələ ocaqlarının hamısı Xəzər dənizində yerləşir. Həm cənubda, həm də cənubi-şərqdə, şimalda ümumilikdə Mahaçqalaya qədər böyük dərinlik qırılması keçir ki, baş verən zəlzələlər də ən çox oralarda olur. O da ki, çox da güclü olmur. Digər bölgələrimizə gəlincə isə orada elə gün olmur ki, zəlzələ baş verməsin. Azərbaycan seysmogen bölgə olduğu üçün 1-2 bal gücündə zəlzələ olur. Ancaq bu da qorxulu deyil və insanlar da heç bu zəlzələni hiss etmir”.

Mütəxəssis onu da bildirib ki, əhali arasında da hər hansı bir panika, zəlzələ səbəbindən yaşanan psixoloji gərginlik yoxdur.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı