Mübariz İbrahimovun yaxın dostu olan, mərmidən qurtulan kənd müəlliminin təəssüfü “Heyf ki, mən...”

Cəmiyyət 05:11 23.10.2018

“Mübariz İbrahimovla hər gün birlikdə idik. Bir otaqda qalmışıq”, – Rahim Hüseynov.

Rahim Hüseynov Fiziki tərbiyə müəllimidir. O, 2016-cı ildə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanlarında 36 bal toplayaraq, Tərtər rayon Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbinə müqavilə ilə işə qəbul olunub.

Gənc müəllim 2018-ci ildə isə MİQ imtahanlarında 42 bal toplayıb, Tərtər rayon, Fazil Məmmədov adına Zolgörən ümumi orta məktəbinə daimi işçi kimi qəbul olunub.  

Eurasia Diary-nin verdiyi xəbərə görə, gənc müəllim əvvəlcə, özünü AzEdu.az-a təqdim edir:

- Mən, Hüseynov Rahim Güloğlan oğlu 1988-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olmuşam. 1995-2004-cü illərdə Qaynaq kənd Xəlil Əzimov adına ümumi orta məktəbdə, 10-11-ci sinifləri isə Qazyan kənd tam orta məktəbində oxumuşam.

2006-cı ildə məktəbi bitirdikdən sonra, 2007-ci il yanvarın 5-də hərbi xidmətə çağırılmışam. Daxili qoşunlarda Milli qəhrəman Mübariz İbrahimovla birgə xidmət etmişəm. Buna görə də, özümlə hər zaman fəxr edirəm!

2012-ci ildə ali məktəbə, Fiziki tərbiyə müəllimliyi fakültəsinə qəbul olmuşam. 2016-cı ildə məzun olduqdan sonra Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında iştirak etmişəm.

R.Hüseynov əsgər yoldaşı olan Milli qəhrəman, şəhid Mübariz İbrahimov haqqında maraqla danışır:

-Mübariz bizdən əvvəlki çağırış olub, yəni, o, mən hərbi xidmətə getməzdən  9 ay qabaq gəlib. O, xüsusi təyinatlı dəstədə xidmət edib, çavuş rütbəsi alıb. Çox ürəkli, vətənini, torpağını sevən biri idi.

Hərbi xidmətini başa vurduqdan sonra, yenidən ordu sıralarına geri döndü. Gizir rütbəsi alıb,  Tərtərdə xidmət etməyə başladı.  Mübarizlə hər gün birlikdə idik.

Gördüyünüz şəkildə də birinci cərgədə ən qıraqda oturan Mübariz İbrahimovdur. Heyf ki, bu şəkil çəkiləndə mən orda olmamışam.

Gənc müəllim Aprel döyüşləri zamanı ona məxsus olan Qarabağ atının yaralanmasından danışır:

- “Aprel döyüşləri”nin hər dəqiqəsi gözümün qabağında baş verdi, hamısı yadımdadı.

Aprelin 1-dən 2-nə keçən gecə saat 4-ə 20 dəqiqə qalmış başladı. Həqiqətən, mən fəxr edirəm ki, bizim güclü ordumuz var, düşmənə göz-işıq vermədilər. Kəndimiz təmas xəttinə çox yaxındı deyə, mən şahidi çox şeylərin oldum. Ordumuz həmin gün neçə kilometr irəlilədi. Ermənilər bizim kəndlərə, mülki əhaliyə atəş açmağa başladı, bir neçə evə ziyan dəydi, amma bir nəfər belə kənddən çıxmadı. Aprelin 3-ü düşmənin atdığı mərmi məndən cəmi 50 metr aralı düşdü. Atıma qəlpə dəydi, çox pis oldum. Ancaq ölməyə qoymadım, indi də sağdı. Özü də deyim ki, atım Qarabağ atıdır…

Torpaqlarımızı o şərəfsizlərdən azad etmək üçün Ali baş komandanın əmrinə hər zaman hazıram”.

Müəllim qeyd edir ki, məktəb təmas xəttinə yaxın rayonda yerləşsə də, dərslərdə heç bir ləngimə müşahidə olunmur:

- Məktəbdə hər gün Fiziki tərbiyə dərsləri keçirilir. Bəzən deyirlər ki, məktəblərdə idman dərsləri əvəzinə Riyaziyyat və s. başqa fənlər tədris olunur. Bizdə elə şey ola bilməz. Hər gün ilk növbədə səhər gimnastikası keçirilir.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı