Bir gecənin sirri: Şəhid türk əsgərinə qoyulmuş abidə necə dəyişdirildi? ARAŞDIRMA

Cəmiyyət 13:10 22.01.2019

2018-ci ilin dekabr ayının 15-də Dağıstanın Aqaçaul qəsəbəsində yerli kənd icmalarının və Kumık Türk icmasının təşəbbüsü ilə  100 il əvvəl bu torpaqlarda şəhid olmuş Qafqaz İslam Ordusu əsgər və zabitlərinin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulub.

 

Abidə Birinci Dünya müharibəsi dövründə burada kumık və digər xalqarın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olmuş türk zabitlərin şərəfinə ucaldılıb.

 

***

 

Birinci Dünya Müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının tərkibindəki kazak birləşmələrinin komandanı, milliyyətcə osetin olan polkovnik Lazar Biçeraxov özünün rəhbərliyi altında olan kazak birləşmələriylə əksəriyyəti türk və müsəlman olan bu vilayəti işğal etmişdi. Qarabudaq kənd icmasının rəhbəri Əhməd Hacıyevın dediyinə görə, işğaldan dərhal sonra yerli qarabudaq və kumık türkləri işğaldan azad olmaq üçün türk və müsəlman qardaşlarını köməyə çağırmışdı.

 

Müraciətdən sonra Qafqaz İslam Ordusunun birləşmələri burada yaşayan türk və digər müsəlmanları əsarətdən xilas etmək üçün Mahaçqala istiqamətində hücuma keçir. Hücum nəticəsində Biçeraxovun qoşunu darmadağın edilir və yerli əhalinin təhlükəsizliyi təmin edilir. Döyüş zamanı Qafqaz İslam Ordusunun 138 əsgəri şəhid olur. 318 nəfərsə ağır yaralanır. Şəhidlər Aqaçaul kənd qəbirstanlığında dəfn edilir.

 

***

 

Bu hadisənin üstündən 100 il keçdikdən sonra, 2018-ci ilin 15 dekabrında Aqaçaul qəsəbəsində yerli türkdilli icmalar olan qarabudaq və kumık türkləri, eyni zamanda digər yerli müsəlmanlar Türk əsgərinin bu qəhramanlıq salnaməsini unutmurlar və şəhid olan əsgərlərin adlarını əbədiləşdirmək üçün burada onlara abidə ucaldırlar.

 

 

Abidə üzərinə aypara və 5 guşəli ulduz həkk edilmiş iki mərmər lövhə yerləşdirilir. Lovhədə burada şəhid olan əsgərlər və abidə haqqında 3 dildə - kumık, türk və rus dillərində məumatlar yazılmış lövhəcik də qoyulur.

 

 

 

***

 

Abidənin ucaldılmasından bir ay keçməmiş, bu günlərdə onun üzərindəki mərmər lövhə bir gecədə yoxa çıxıb, onun yerinə üzərində tamamilə başqa məlumatlar olan lövhə yerləşdirilib.

 

Bu barədə  Eurasia Diary-yə məlumat verən yerli sakinlər qeyd ediblər ki, əvvəlki lövhəcikdə bu abidənin müsəlman qardaşlarının köməyinə gələn və şəhid olan qəhrəman türk əsgərlərinin şərəfinə ucaldıldığı qeyd edilirdisə, hazırkı lövhədə guya bu abidənin 100 il əvvəlki döyüşdə ölən rus əsgərlərinin şərəfinə ucaldıldığı qeyd edilir.

 

 

Baş vermiş hadisə yerli əhalidə ciddi narazılıq doğurub.

 

Məsələ ilə bağlı saytımıza danışan yerli icmalardan birinin təmsilçisi qeyd edib ki, bu qəfil dəyişiklik, heç şübhəsiz, yerli icra orqanları tərəfindən həyata keçirilib: “Biz bilirik ki, bu işdə yerli etnik dairələrin, ən əsası da ermənilərin “böyük xidmətləri” olub. Lakin bu məsələ belə qalmayacaq. Bu torpaqlarda haqqı olan insanları, döyüşçüləri anmaq, onların xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. Kimsə düşünürsə ki, onu da başqaları azad edib, getsin başqa bir abidə qoysun. Abidənin bu şəkildə korlanması və təhqir edilməsi yolverilməzdir”.

 

Eurasia Diary olaraq, yerli icra qurumları, həmçinin etnik icmalarla əlaqə saxlamağa, mövzunu gündəmdə saxlamağa çalışacağıq.

 

Mövzunun davamını saytımızda izləyin…


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
Hamısı