Umduğumuz Umud Zahid Sarıtorpaq yazır

Cəmiyyət 18:28 01.02.2019

Biz dostlar nədənsə həmişə ondan ummuşuq...

 

O, bizim həmişə umud yerimiz – umduğumuz Umuddu...
 

Elə adamlar var ki, Tanrı onlara yaxşı adam olmaq hökmü verib. Harada olsalar da, yaşın, ömrün hansı məqamında olmasına baxmayaraq, bu adamlar təmənnasız öz yaxşılıqlarını eləyir, öz missiyalarını yerinə yetirirlər. Elə adamlar da var ki, doğrudan da yaxşılıq etməyə can atırlar, əlləşirlər-vuruşurlar, amma şansları olmur, bu iş onlarda alınmır nədənsə. Bəzi adamlara isə yaxşılıq etmək hissi tamamilə yaddı, onlar nəinki cəhd edirlər, bu haqda heç düşünmək belə istəmirlər.
 

Yuxarıda sadaladıqlarımı birinci, ikinci, üçüncü qrup kimi sıralamış olsaq, sözsüz ki, Umud Rəhimoğlu birinci qrupa aid olacaq. Mənim onun vəzifəsiylə, gördüyü işlərlə, titullarıyla, cəmiyyətdəki mövqeyi, imiciylə heç bir işim yoxdu. Umuda mədh də oxumuram – o özü də bilir ki, bu hiss mənə yaddı. Ola bilsin, onu məndən daha yaxşı tanıyanlar, mənə məlum olmayan bir sıra başqa keyfiyyətlərini də bilənlər var. Olsun. Mənsə bu yazımda öz bildiklərim, müşahidə etdiklərim haqda danışmaq istəyirəm. Onun naxışında, yazısında, baxışında, duruşunda bir xeyirxahlıq, bir ağsaqqallıq var desəm, onu tanıyanlar mənimlə razılaşarlar. Onun ağsaqqallığı gəncliyindən gəlir qənaətində olmuşam həmişə... 
 

Qarşısındakının yaxşı bir insan və ya mənasız bir kimsə olmasına baxmayaraq, o, fikirləşmədən, bilərəkdənmi, ya bilmədən əlini uzatmaqdan çəkinmir, öz xeyirxahlığını əsirgəmir. Mən onu həmişə belə görmüşəm; lap əvvəldən, uzaq gənclik illərindən. İndi də belədir.
 

...Tələbəydik. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurduq. Dəqiq yadımdadı, üçüncü kursda oxuyurdum. 1985-ci ilin mart ayının 31-də Moskvaya – yaz sessiyasına getmişdim. İlk dəfə olaraq ailəmi də aparmışdım. SSRİ Yazıçılar İttifaqının qonaq evində yer götürmək istədim. Çox baha başa gəldiyi üçün fikrimdən daşındım. Bu zaman tələbə yataqxanamızın komendantı Yevdokiya Stepanovnaya müraciət etdim. Sessiyaya tək gəlmədiyimə görə bir qədər tərəddüd elədi: “Baxarıq...” söylədi. Bu zaman hardansa Umud peyda oldu. Otağın açarını mənə verib: “Heç nəyin fikrini çəkmə. Nə qədər istəsəniz qala bilərsiniz, mənim qalmağa başqa yerim var” – dedi. Düzdür, biz onun otağında çox qalmadıq, bir neçə gündən sonra komendantın “bürokratik maşını” hərəkətə gəldi, yəni, institutdan gətirdiyim icazə arayışından sonra yataqxanada ondan ayrıca otaq ala bildim. Amma sonralar öyrəndim ki, otağının açarını bir an belə fikirləşmədən “qalmağa yerim var” deyərək mənə verən dostum, bizim onun otağında yaşadığımız müddətdə, hər gecə ayrı-ayrı yerlərdə tanış-bilişləriylə baş-ayaq yatırmış...
 

Zaman keçdi. Uzun müddət biri-birimizdən aralı düşdük. 2006-cı ilin qışında on-on iki illik qürbət həyatından yığışaraq Vətənə döndüm. Xəbər tutan kimi: "gəl görüşək" dedi. O, bir dost kimi tərəddüd etmədən, necə deyərlər, çiynini yükümün altına verdi. Bir yerdə işə düzəlməyimə kömək elədi. Üstündən bir ay keçməmiş işimin yaxşı olmadığını öyrənərək: “darıxma – dedi – bir-iki gündən sonra bir mənə baş çəkərsən”. Gəldim. Məni rəhbərlik etdiyi fondun nəzdindəki “Avrasiya” nəşriyyatına texniki redaktor kimi işə götürdü. Həmin il kiçik oğlum Toğrul Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsinə qəbul oldu. 508 bal toplasa da ödənişliyə düşdü. Onda Umud Tərtərdə ezamiyyətdə idi. Eşidib zəng vurmuşdu, təbrik edirdi. Deyəsən narahatlığımı səsimdən hiss etmişdi. “Heç nəyin fikrini eləmə - dedi – hər şey yaxşı olacaq...” Doğrudan da o, ödənişlə bağlı maddi çətinliyimi önlədi. Heç vaxt unutmaram... 
 

Umud mülayim olduğu qədər də sərt, çılğın olduğu qədər də soyuqqanlıdır. Necə deyərlər, yerini-yurdunu bilən adamdır. Gözəl təşkilatçıdır. Həm də gözəl ailə başçısıdır. Gənclik illərində bir dəfə məni evlərinə qonaq dəvət etdi. Rəhmətlik Aydın Səlimzadə də gəldi (Allah ona qəni-qəni rəhmət eləsin, o, sözün həqiqi mənasında dəyərli bir ziyalı idi). Onlar qapıbir qonşu idilər. Demək olar ki, ədəbiyyatdan, şeirdən-sənətdən, gündən-güzərandan danışa-danışa səhəri diri açdıq. O zamanlar hələ torpaqlarımız getməmişdi, o zamanlar dumanlı başımızda nələr vardı, ilahi... Hələ pərən-pərən olmamışdıq, siyasi burulğanlar, xaotik günlər, azadlıq coşqusu, qırğınlar, qanlar, itkilər... bizi çulğamamışdı. Bizi ancaq şeir dindirirdi, söz dindirirdi...
 

Yeri gəlmişkən, Umud Rəhimoğlunun gənclik illərində yazdığı, amma təvazökarlıqdan heç vaxt üzə çıxarmadığı şeirlərinin bəzisiylə o vaxtlardan tanışam. Bəlkə də o şeirlərini çap etdirməməkdə öz qənaətinə arxalanmaqda haqlıdır, bilmirəm. Yaxud da o şeirləri nə vaxtsa çap da eləyəcək, onu da bilmirəm. İndi mən söhbət açıb bu yazıların hansı bədii ampluada olduğu haqda danışmaq da istəmirəm. Amma onu bilirəm ki, onun şeirləri indi çoxlarının şeir adı altında topluma sırıdıqlarıyla müqayisədə səmimiyyət baxımından normal əsərlərdir.. 
Neçə il qabaq onun əlli yaşının tamam olması münasibətilə “mediaforum.az” saytında yerləşdirilmiş fotoşəkillərinə baxarkən xeyli duyğulandım. Xüsusilə təhsil aldığımız Ədəbiyyat İnstitutunun qarşısında Murad Köhnəqala, Fəridə Çinari, Umud Rəhimoğlu və mənim birgə çəkdirdiyimiz şəkli (söhbət bu yazıya əlavə etdiyim şəkildən gedir) görəndə, bilmirəm yaşın xüsusiyyətidi, ya nədi – kövrəldim. Amma burada bir nüans gözümdən qaçmadı: Umudun saçları elə o vaxt da bəyaz idi... 
 

Onun ağsaqqallığı, daxilən olduğu kimi, elə görünüşcə də gəncliyindən gəlir qənaətimə özlüyümdə bir daha haqq qazandırdım. 
 

Yadıma gəlir ki, onda Umudu belə təbrik etmişdim: "Doğum günün mübarək, qardaşım! Bu yaş hələ qocalığın gömrükxanasından keçid deyil, möhkəm ol!" Cavab olaraq işıqlı çöhrəsi təbəssümə boyanmışdı...

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Hamısı