Qubadlıdan başlayan yol ABŞ-da yaşayan azərbaycanlı cərrah KİMDİR?

Cəmiyyət 11:16 04.02.2019
Həkimlik müqəddəs peşədir. Onlarla üz-üzə gələndə istər-istəməz ehtiram göstəririk. Bəlkə də, bu ondan irəli gəlir ki, həkimlər Allahla bəndə arasında bir vasitəçi olub, insanlara şəfa verməyi bacarırlar. Haqqında söhbət açdığım Rauf Şahbazov da həkimdir- sıradan bir həkim yox, yüksək səviyyəli alim, transplantasiyanı dərindən bilən çərrah.
 
O, 1970-ci ildə Qubadlı rayonunun Tarovlu kəndində dünyaya gəlib. 8-ci sinfi bitirdikdən sonra, Bakıdakı 5 nömrəli Kimya-Biologiya təmaüllü məktəbə üz tutub. 1987-ci ildə orada orta təhsilini qızıl medalla başa vurub. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsinə qəbul olunub, 1993-cü ildə orada həkim cərrah ixtisasına yiyələnib. 1994-1996-cı illərdə 5 saylı xəstəxanada "Qara ciyər və öd yolları cərrahiyə şöbəsi"ndə ümumi cərrah işləyib. 1996-cı ildə orduya çağrılıb. 1999-cu ilədək N saylı hərbi hissənin səhra hospitalında hərbi cərrah kimi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 5 saylı xəstəxanaya qayıdıb, 2000-ci ilədək orada işləyib. 
 
2000-2005-ci illərdə Səudiyyə Ərəbistanında Böyük Britaniyanın "Edinburq Kral Cərrahiyə Universiteti"nin "Kral Feysəl klinikası"nda cərrah kimi çalışıb. Burada işləyə-işləyə Şotlandiyaya gedərək, tələb olunan imtahanları verib, "MRCS" cərrahı ixtisas dərəcəsinə yiyələnib. Bu dərəcə ona dünyanın hər yerində cərrah kimi işləmək hüququ verib. 2005-2007-ci illərdə Bakıdakı Xəzər Universitetinin tibb fakultəsində müəllim, dekan müavini vəzifəsində işləyib. Eyni zamanda, Nəsrəddin Tusi adına klinikada cərrahiyə şöbəsinin müdiri olub. 
 
Sonra qərara gəlib ki, orqan nəqli üzrə ixtisas təlimlərinə başlasın. Bu məqsədlə 2007-2009-cu illərdə dünya şöhrətli cərrah Mehmet Haberalın rəhbərliyi altında "Ankara Başkənd Universiteti"nin tibb mərkəzində təlimlərdə iştirak edir. 2009-cu ildə vətənə dönərək, "Mərkəzi Neftçilər Xəstəxanası"nda Transplantasiya şöbəsinin yaradıcılarından olur. 2011-ci ilədək orada aparıcı cərrah kimi çalışır. Burada çalışarkən Portuqaliyanın Porto şəhərində "Fellow European Board of Surgery" ixtisas dərəcəsinə yiyələnir. Sonra bir il Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışır. 2012-ci ildən tibb üzrə fəlsəfə doktorudur. (PhD) 
Rauf Şahbazov 2012-ci ildə "Amerika Cərrahlar Cəmiyyəti" tərəfindən ABŞ-a dəvət alır. 2015-ci ilədək Texas ştatının Dallas şəhərindəki "Baylor Universiteti"nin Tibb Mərkəzində mədəalti vəzin adacıq hüceyrələrinin transplantasiyası sahəsində elmi tədqiqatlarını davam etdirir, bu sahədə mütəxəssis kimi püxtələşir. 2013-2014-cü illərdə "USMLE Step" imtahanlarını uğurla verərək, ABŞ-da həkim işləmək hüququnu qazanır. 2015-2018-ci ilədək "Virciniya Universiteti"nin Tibb Mərkəzində böyrək və qara ciyər transplantasiyası ilə məşğul olur. 
 
2018-ci ildən Nyu-York ştatının Sirakuz şəhərindəki "Upstate Medical University"da həm müəllim və həm də transplantasiya üzrə cərrah işləyir. Mədəaltı vəz və adacıq hüceyrələri transplantasiyası proqramının rəhbəridir. 
 
Atası Oqtay Şahbazov uzun illər Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. Ömür-gün yoldaşı Sevda xanım İslamzadəylə birlikdə iki övlad böyüdürlər. Böyük qızı Nigar xanım 10-cu, kiçik qızı Aydan xanım isə 5-ci sinifdə oxuyur. 
 
2017-ci ildə "Azərbaycan Amerika Tibb Assosasiyası"nı yaradaraq, ictimai fəaliyyətə başlayıb. Həmin təşkilatın saytı belədir: www.aamamedical.org 
 
O, bu təşkilata azərbaycanlı həkimlərlə yanaşı, Azərbaycana rəğbəti olan amerikalı həkimləri də cəlb edə bilib. Vaxtaşırı bir yerə toplaşıb, müzakirələr aparır, faydalı layihələr həyata keçirirlər. Məsələn, respublikamızın 100 illiyi münasibəti ilə həvəsləndirici təqaüd təsis ediblər. Həmin təqaüd hər il ABŞ-a tibbi təhsil almağa gəlmək istəyən bir elmli azərbaycanlıya veriləcək. 
 
Deyir ki, - "Mən Azərbaycandan küsüb gəlməmişəm. Çox uzaqda olsam da, ürəyim Azərbaycanla döyünür. Burada bir sıra elmi nailiyyətlərə imza ata bilmişəm, transplantasiyasının sirlərinə mükəmməl yiyələnmişəm. Azərbaycanlı tələbələrə isə tövsiyyəm odur ki, təhsil almaqdan, daha da savadlanmaqdan qorxmasınlar. Yalnız bilik, bacarıq və əzmkarlıqla zirvələri fəth etmək olar". 
 
Bu ilin mayında Vaşinqtonda ABŞ və Kanadada yaşayan azərbaycanlı tibb peşəkarlarının konfransını keçirməyi planlaşdırır. Ciddi, bir az da gülərüz olan Rauf Şahbazovun ABŞ-da yaşayan azərbaycanlı təbiblərlə bağlı arzuları böyükdür. İstəyir ki, həkimlərimiz birləşərək böyük uğurlara imza ata bilsinlər. Bu yolda ona uğurlar diləyirik. 
 
 
 
 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı