“İşsizin DOSTu” 25 min nəfəri işlə təmin edib | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“İşsizin DOSTu” 25 min nəfəri işlə təmin edib

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər.
 
Nazirlikdən verilən məlumata görə, cari ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...