Valentin həqiqətləri - Milli-mənəvi dəyərlərimizin aşınması | Eurasia Diary - ednews.net

21 İyul,


Valentin həqiqətləri - Milli-mənəvi dəyərlərimizin aşınması

Cəmiyyət A- A A+

14 Fevral dünyada "Sevgililər günü" kimi qeyd olunur. Bu gün Roma keşişi Valentinin adı ilə xatırlanır.

Lakin əksər insanlar Valentinin kimliyi ilə kifayət qədər məlumata sahib deyillər. Bəs Valentin günündə deyilməyən və gizlədilən həqiqətlər nədir?

3-cü əsrdə yaşayan Valentin Romada dövlət tərəfindən qadağan olunmuş evlilikləri (eyni-cinslilərin evliliyi) qanuniləşdirmək niyyətinə görə edam edilmişdir. Onun bu addımları dünyada homoseksulların evliliyi idealogiyasına ilham kimi qiymətləndirilir.

Roma kralı Klaudius ordunu mükəmməlləşdirmək üçün əsgərlərə evliliyi qadağan etmişdi. Gizli şəkildə əsgərlərin evliliyini həyata keçirən Valentinin əməlləri ifşa olunduqda ona edam cəzası verildi. Tarixi məlumatlara əsasən Valentin hətta evlilik lotereyası da keçirirdi. Bu oyuna görə qızlar adının kağıza yazır və həmin kağızı seçən oğlanla şüursuz şəkildə evlənirdi.

Valentin sadəcə kişi-qadın evliliyini deyil, hətta eyni cinsli insanların evlənməyini də dini cəhətdən məqbul hesab edirdi. Eyni zamanda, onun bir çox bu tip evliliklərin də həyata keçirdiyi üzə çıxmışdır.

Qeyd edək ki, tarixçilər tərəfindən 3-cü əsr Roma İmperiyasının çöküş dövrü kimi qiymətləndirilir. İqtisadi və siyasi böhranla yanaşı dini və mənəvi deqradasiyanın da tüğyan elədiyi məlumdur. Keşiş Valentinin təbliğatı və gördüyü əməllər imperiyada nizam intizamının pozulmasında xüsusi rol oynamışdı.

14 Fevralın Valentin günü kimi qeyd olunması 496-cı ilə təsadüf edir. Roma Papası Gelasius xristian oğlanların bütpərəst qızlarla evləndiyi 15 Fevralda keçirilən "Luperkalia" bayramından narahat olaraq bunun qarşısını almaq üçün 14  Fevral tarixində (bir gün qabaq) yeni bir bayram təsis edir.

Bu zaman isə xristianlığa uyğunlaşdırılaraq "Müqəddəs Valentin" adı altında gününmüzdə qeyd olunan bayram meydana çıxır.

 

 İlham və Fərizə dastanı olan yerdə Valentin nəyə lazımdır?

 

İlham ailəsinin təklif etdiyi qızlarla deyil, öz sinif yoldaşı sevdiyi Fərizə ilə evlənərək bir məhəbbət hekayəsi yazmışdır. 1989-cu ilin 30 İyununda isə onların toyu keçirilir. 

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına  aparıb təhlükəsizliyinə əmin olduqdan sonra 20 Yanvar hadisələrində xalqının azadlıq mübarizəsinə qoşulur. O, insanlara atəş açmasın deyə tankın qarşısına çıxıb qəhrəmancasına şəhid olur.

İlhamın ölümünə dözməyən Fərizə intihar edərək onun ruhuna qovuşur və məhəbbət hekayəsini məhəbbət dastanına çevirir. Ölümündən sonra Fərizənin yazısı meydana çıxır. Yazıda deyilir: 

"Ana, mənə ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm"

İndi isə gəlin müqayisə edək Xalqı uğrunda canından keçən İlham və eşq uğrunda şəhid olan Fərizə yoxsa dininə, xalqına və dövlətinə xəyanət edən Valentin?

Əsl məhəbbət nümunəsi isə "Müqəddəs" Valentinin adı ilə deyil, məhəbbət uğründa canından keçmiş İlham və Fərizənin evlilik günü ilə qeyd olunması daha düzgün və xalqımıza yaraşandır.

 

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...