Ali məktəblərə qəbul olunmaq üçün 4 mindən çox abituriyent ərizəsini təsdiqlədi - RƏQƏMLƏR | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


Ali məktəblərə qəbul olunmaq üçün 4 mindən çox abituriyent ərizəsini təsdiqlədi - RƏQƏMLƏR

Cəmiyyət A- A A+

Ali məktəblərə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 4086 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər. Sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 831, rus bölməsi üzrə isə 145 nəfər;

II ixtisas qrupu üzrə  450, rus bölməsi üzrə isə 119 nəfər;

III ixtisas qrupu üzrə 753, rus bölməsi üzrə 101 nəfər;

IV ixtisas qrupu üzrə 180, rus bölməsi üzrə isə 36 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 1376 nəfər ərizəsini təsdiqləyib. XI illik bazadan kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı bu dəqiqələrə görə 1585 nəfər təşkil edir.

Yay qəbul imtahanlarında isə IV ixtisas qrupu üzrə cəmi 42 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...