Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın - Deputatdan təklif | Eurasia Diary - ednews.net

26 May,


Siniflərdə şagirdlərin sayı 15-dən artıq olmasın - Deputatdan təklif

Cəmiyyət A- A A+

"Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı".

Eurasia Diary xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

F.Ağamalının fikrincə, dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi. 

Deputat həmçinin elmin inkişafı ilə bağlı təklif irəli sürüb. F.Ağamalı bildirib ki, inkişaf etmiş ölkələrdə ÜDM-in 3-5%-i elmə yönəldilir:

"Bizdə bu 0,2%-dir. Ölkədə Milli Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...