Elektron ərizəsində səhvə yol verən abituriyent orada sonradan düzəliş edə bilməz - RƏSMİ | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


Elektron ərizəsində səhvə yol verən abituriyent orada sonradan düzəliş edə bilməz - RƏSMİ

Cəmiyyət A- A A+

“Elektron ərizəsində səhvə yol verən abituriyentlər ərizələrində düzəliş edə bilməzlər”

Eurasia Diary xəbər verir ki, bunu canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə,elektron ərizə təsdiq olunduqdan sonra abtiruriyentə düzəliş üçün şans verilmir:

“Əgər abituriyent elektron ərizə seçimində yanlışlığa yol veribsə, bu zaman ərizəsində özü düzəliş edə bilməz. Yalnız şəxsiyyət vəsiqəsiylə DİM-ə yaxınlaşmaqla ərizədə lazım olan düzəlişlər həyata keçirilə bilər”.

Sektor müdiri elektron ərizəni abituriyentin təsdiq etməsinin vacibliyi barədə də söz açıb:

“Bəzən abituriyentlər müəyyən ödəniş etməklə ərizələrini yad şəxslərə təsdiq etdirirlər. Halbuki proses çox sadədədir və hər şagird 10-15 dəqiqə vaxtını ayırmaqla ərizəsini lazımi qaydada doldura bilər”.

Xatırladaq ki,DİM-in Feysbuk və Yutub kanalı vasitəsilə canlı yayımda abituriyentlərə elektron ərizənin doldurulması və təsdiqi barədə təlimat verilib.

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu prosesi aprelin 15-ə qədər davam edəcək.                                        

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...