Əli İnsanov azadlıqda - Siyahıda daha kimlər var | Eurasia Diary - ednews.net

26 May,


Əli İnsanov azadlıqda - Siyahıda daha kimlər var

Cəmiyyət A- A A+

Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı əsasında azad edilənlər arassında bir sıra tanınmış şəxslər də var.

Eurasia Diary xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı (1962-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax Rayon Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli hökmü ilə məhkum edilib) AXCP üzvü, partiya funksionedi Natiq Ədilovuun qardaşı Murad Ədilov (1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 14 may tarixli hökmü ilə məhkum edilib) və sabiq səhiyyə naziri Əli İnsanov (1946-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2017-ci il 26 aprel tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan əlavə sərəncamla AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov, habelə bloggeer Rəşad Ramazanov, dini fəal Nicat Əliyev (1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2014-cü il 5 sentyabr tarixli hökmü ilə məhkum edilib) də əfv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...