Əfv sərəncamının icrasına başlanıldı - VİDEO | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


Əfv sərəncamının icrasına başlanıldı - VİDEO

Cəmiyyət A- A A+

Əfv sərəncamının icrası 17 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Eurasia Diary-nın əməkdaşları  əfv sərəncamının icra olunduğu cəzaçəkmə müəssisələrində iştirak edib. 

Cəzaçəkmə müəssisəsindən 10 nəfər məhbus əfv olunub. Onlardan ikisi əcnəbi - Nigeriya vətəndaşıdır.

2 saylı cəzaçəkmə müəssisəsində əfv olunmuş 31 nəfər azadlığa buraxılıb.

Onlar arasında JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu da var.

6 saylı cəzaçəkmə müəssisəsindən də 49 məhbus azadlığa qovuşub.

Mərasim zamanı məhbuslar valideyinləri ilə birlikdə sevinc hisslərini bölüşüblər. Onlar cənab prezidentə Novruz bayramı ərəfəsində imzaladığı fərmandan dolayı təşəkkürlərini bildiriblər.

Martın 16-da Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrasına başlanılıb.

Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Dövlət rəsmiləri və Penitensiar xidmətin rəhbərliyi bu addımı alqışalayaraq Prezidentin humanist siyasətinin tərkib hissəsi olduğunu vurğulayıblar.

Məhbusların ailələri bu günü bayram kimi qeyd edərək, ölkə başçısına təşəkkürlərini bildiriblər.

https://youtu.be/cukS1DEpxjs

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...