Əsgərliyə çağırılanlar üçün universitetlərə sənəd qəbulu və möhlət qaydaları - RƏSMİ | Eurasia Diary - ednews.net

18 İyul, Cümə axşamı


Əsgərliyə çağırılanlar üçün universitetlərə sənəd qəbulu və möhlət qaydaları - RƏSMİ

Cəmiyyət A- A A+

Martın 15-dən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edilib.

Sənəd qəbulu elektron qaydada Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə aparılır.

Qəbul elanında ali təhsil müəssisələrinə müsabiqə şərtləri açıqlansa da, çağırışçılar üçün sənəd qəbulunun hansı qaydalarla aparılacağı qaranlıq qalıb.

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-dək davam edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...