Sabiq nazirin polkovnik qardaşına bəraət verildi | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Sabiq nazirin polkovnik qardaşına bəraət verildi

Cəmiyyət A- A A+

Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədova bəraət verilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev hökm çıxararaq Ə.Əhmədovun günahsız olduğu qənaətinə gəlib və nazir qardaşı məhkəmə zalından azadlığa buraxılıb. O, sadəcə özbaşınalıq etməkdə təqsirli bilinərək 2 min manat cərimə olunub.

İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünəməxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. 

Daha sonra Ə.Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Lakin Əvəz Əhmədov özünü təqsirli bilməyib. 

Zərərçəkmiş Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Ə.Əhmədov məhkəmə zamanı dəyən ziyanı ödəyib, zərərçəkənlərin hər ikisi ilə barışıq əldə edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...