Misirdə Novruz tədbiri keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Misirdə Novruz tədbiri keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+
"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Novruz bayramı ilə əlaqədar tədbir keçirib.
 
Tədbirdə, MƏR-dəki səfirliyin əməkdaşları, diaspor fəalları, media nümayəndələri, misirli tələbələr və misirdə təhsil alan xarici tələbələr iştirak etmişdir.
 
Tədbirdə ilk çıxış edən birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov, qonaqları salamlayaraq, Novruz bayramının tarixindən, novruz adət ənənələrdən geniş söhbət açmışdır.
 
Sonra Azərbaycanın MƏR-dəki səfirliyin müşaviri Azər Abasov qonaqları salamlayaraq bayramlarını təbrik etmişdir.  Bu tədbirlərin Azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsi və Azərbaycanın adət-ənənələrinin təbliği yönəmində çox önəmlı olduğunu qeyd etmişdir.  
 
Qarabağ həqiqətləri kitabın müəllifi misirli tədqiqatçı Əhməd Əbduh Trabeki Misirlə Azərbaycan arasında ta qədimdən bu günə qədər yüksək əlaqələrin olmasından geniş söhbət açmışdır.
 
Daha sonra Azərbaycanda 8 il təhsil alaraq fəlsəfə dokturu xanım Mona Zidan Azərbaycan müsiqisini ifa edərək, milli geyimimiz və xalqımızın qonaqpərvərliyindən söhbət açmışdır.
 
Tədbirin sonunda Diaspora məkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr novruz bayramına aid şeirləri söyləyərək Azərbaycanlıları bayram münasibəti ilə təbrik etmişlər.
 
Tədbir çərçivəsində Azərbaycanın milli mətbəxi xüsüsilə də bayram süfrəsi qonqlara təqdim olunmuşdur.
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...